2015-ci ilin yanvar-sentyabr aylarında Azərbaycana buğda idxalı 980,1 min ton təşkil edib ki, bu da 2014-cü ilin analoji dövrünün göstəricisindən 45% çoxdur. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Dövlət Statistika Komitəsindən məlumat verilib.
Statistik məlumatlara əsasən, ümumilikdə respublikaya $224 mln. 792,7 min dəyərində buğda idxal olunub (artım 30,3%).
Həmçinin hesabat dövrü ərzində Azərbaycana $89 mln. 714,2 min məbləğində 205 min ton xam şəkər və qənd (idxal həcmi 32,9% azalıb), $53 mln. 857,7 min məbləğində 88 min 414,6 ton bitki yağı (azalma 4%), $11 mln. 17,8 min məbləğində 4 min 998,6 ton çay (azalma 13,6%), $16 mln. 72,6 min məbləğində 9,277 min ton kərə yağı, digər yağlar və süd pastası (artım 16,4%) idxal edilib.
2015-ci ilin yanvar-sentyabr aylarında ölkəyə $26 mln. 24,9 min məbləğində 47,93 min ton təzə meyvə (artım 4,7 dəfə), $5 mln. 187,3 min məbləğində 21 min 769,9 ton təzə tərəvəz (azalma 3,4%), $6 mln. 592,3 min məbləğində 82 min 80,9 ton kartof (artım 8,9%) idxal edilib.
Həmçinin hesabat dövrü ərzində Azərbaycana $7 mln. 889,1 min məbləğində 3 min 766,6 min ton iribuynuzlu heyvan əti (artım 5,2%), $3 mln. 540,2 min məbləğində 4,373 min ton quş əti və digər ət məhsulları (azalma 31,1%) idxal olunub.
N.Abbasova
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Dünyanın ən məşhur idman və əyləncə kanalları indi “CityNet”də!
Azər Türk Bank daha bir filialını istifadəyə verdi
AccessBank Masallıda filialının açılması ilə regional şəbəkəsini genişləndirir
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət