Dekabrın 8-də Lerik rayonu Anbu kənd tam orta məktəbinin açılış mərasimi keçirilib. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Təhsil Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.
Tədbirdə Təhsil Nazirliyinin və Lerik Rayon İcra Hakimiyyətinin rəsmiləri, məktəblilər və kənd ictimaiyyətinin nümayəndələri iştirak ediblər.
Açılış mərasimində qeyd olunub ki, 180 şagird yerlik bu təhsil ocağının tikintisinə 2014-cü ilin sentyabrından başlanılıb. Təhsil Nazirliyi tərəfindən vahid standart əsasında inşa olunan məktəb 12 sinif otağı, 2 laboratoriya, kompüter otağı, akt və idman zallarından ibarətdir. Məktəb ərazisində yanğın və içməli su anbarları, qazanxana inşa olunub. Məktəbin həyəti abadlaşdırılıb və yaşıllıq zolağı salınıb.
Təhsil Nazirliyinin Məktəbəqədər və ümumi təhsil şöbəsinin müdiri Aydın Əhmədov çıxışında ölkəmizin bütün bölgələrində yeni məktəblərin inşa edildiyini, köhnə məktəb binalarının isə əsaslı təmir olunduğunu vurğulayıb. O bildirib ki, bütün yeni məktəblər müasir təhsil sisteminin tələblərinə uyğun inşa olunur.
A.Zeydullayeva
Radev Bolqarıstanda daxili siyasi öhdəliklər səbəbindən Azərbaycana səfərini təxirə salıb
Bayramov Knyazevə Aİ-Ermənistan-ABŞ müştərək konfransı ilə bağlı Azərbaycanın mövqeyini ifadə edib
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
Netanyahunun ofisi: İsrail atəşkəslə bağlı HƏMAS ilə danışıqlar masasına qayıdacaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Boston Consulting Group: Azərbaycan dünya enerji təhlükəsizliyində əsas rol oynayacaq
Azərbaycan “Accor” qrupu üçün əsas inkişaf bazarlarından biridir
İllik cəmi 5% kredit ilə biznesinizə parlaq dəstək
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət