2015-ci ilin sonunadək Azərbaycanda bütün obyektlər POS-terminalla təmin olunacaq. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Vergilər Nazirliyindən məlumat verilib.
Vergilər Nazirliyində aksiz markası ilə markalanmalı olan malların istehsalını, idxalını, satışını və alışını həyata keçirən vergi ödəyiciləri ilə görüş keçirilib.
Vergilər nazirinin birinci müavini Natiq Əmirov 2016-cı ilin yanvarın 1-dən qüvvəyə minəcək qanunvericilikdə edilmiş dəyişikliklərlə bağlı ətraflı məlumat verib.
Aksiz markaları ilə markalanmalı olan malların bəzi növləri ilə əməliyyatlar zamanı nağdsız ödənişlərin tətbiqi çərçivəsində 2015-ci ilin sonunadək bütün obyektlərdə POS-terminallar quraşdırılacaq.
Xəbər verildiyi kimi, Azərbaycanda ticarət şəbəkələrində spirtli içkilərin nağd pulla satışına qoyulan qadağa 2016-cı il yanvarın 1-dən qüvvəyə minir. Vergilər Nazirliyi spirtli içkilərin pərakəndə satışı ilə məşğul olan və POS-terminalı olmayan ticarət obyektlərinin siyahısını hazırlayıb. Spirtli içkilərin pərakəndə satışı ilə məşğul olmaq istəyən sahibkar POS-terminal quraşdırmalıdır. Bu günə qədər Azərbaycanda ticarət və xidmət obyektlərində 84 min POS-terminal quraşdırılıb.
A.Əzizov
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Boston Consulting Group: Azərbaycan dünya enerji təhlükəsizliyində əsas rol oynayacaq
AccessBank BMT-nin Qlobal Sazişinə qoşulub
AccessBank 2024-cü ilin 1-cü rübü üzrə maliyyə nəticələrini açıqlayıb
Yelo Bank birinci rübü 14 milyon manat xalis mənfəətlə yekunlaşdırıb
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət