Azərbaycan İranla maliyyə-bank sahəsində əməkdaşlığın genişləndirilməsində maraqlıdır. Bu barədə iqtisadiyyat və sənaye naziri Şahin Mustafayev bəyan edib.
İqtisadiyyat və Sənaye Nazirliyinin məlumatına əsasən, İranda səfərdə olan Ş.Mustafayev bu ölkənin iqtisadi məsələlər və maliyyə naziri Əli Teyyibniya ilə görüşüb.
Görüş zamanı nazirlər iqtisadi-ticarət, maliyyə, bankçılıq, sığorta, investisiya qoyuluşu sahələrində əməkdaşlığın genişləndirilməsi imkanlarını müzakirə ediblər.
Bundan başqa, Dövlət Komissiyasının 10-cu iclası çərçivəsində Azərbaycan və İranın mərkəzi bankları arasında əlaqələrin genişləndirilməsinə dair müzakirələr aparılıb.
Ə.Teyyibniya ticarət əlaqələrinin inkişafı baxımından nəqliyyat sahəsində əməkdaşlığın genişləndirilməsinin, Azərbaycan və İran arasında gömrük-keçid məntəqələrində 24 saatlıq iş rejiminin tətbiqinin vacibliyini qeyd edib.
A.Əzizov
Əliyev: Ermənistan Zəngəzur dəhlizinin icrasına əngəl törədə bilməyəcək
Azərbaycan prezidenti erməni təbliğatı barədə: onları müalicə etdirmək lazımdır
Azərbaycanda COVID-19-a gündəlik yoluxma hallarının sayında artım qeydə alınıb
Prezident Əliyev Abşeron rayonunda bir sıra sosial obyektlərin açılışında iştirak edib
Nazirlər Kabineti Göyçay şəhərinin 2035-ci ilə qədərki dövrdə inkişafına dair Baş planı təsdiq edib
Vüsal Qasımlı: Qarabağda tikinti bumu bütün iqtisadiyyatı canlandıra bilər
Yelo Bank 2021-ci ildə mənfəətə hədəflənib
Brayza: Azərbaycanda türk hərbçilərinin olması bölgədə geostrateji tarazılığı təmin edəcək
Yelo Bank-dan yeni və parlaq mobil əlavə
Azərbaycanda ilk dəfə jest dili lüğətinin veb səhifəsi hazırlanır
Azərbaycan hökuməti payızda “Dayanıqlı İnkişafa dair İkinci Bakı Forumu”nun təşkilini planlaşdırır
Dekabrda Bakıda 31-ci Beynəlxalq Enerji Xartiyası Konfransı keçiriləcək
Rusiya mətbuatı: Dağlıq Qarabağ: xunta özündən sonra nə qoyub?