Azərbaycanda dollarla götürülmüş kreditlər üzrə məzənnə fərqinin örtülməsi yalnız $5-10 min manat məbləğində olan kreditlərə şamil edilə bilər. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə bank sahəsindəki mənbədən məlumat verilib.
“Belə bir ideya var ki, Azərbaycan Mərkəzi Bankı (AMB) manatın devalvasiyası nətcəsində dollar kreditləri üzrə yaranmış məzənnə fərqini kompensasiya edəcək. Bu güzəştin $5-$10 minədək olan kreditləri əhatə etməsi təklif olunur. Lakin son olaraq hansı qərarın veriləcəyini söyləmək çətindir”,- deyə mənbə bildirib.
O söyləyib ki, bu məsələ ötən cümə günü AMB-nin banklar birliyinin nümayəndələri ilə görüşü zamanı müzakirə olunub.
Mənbə bildirib ki, banklar birliyinin hesablamalarına görə, bu təklif qəbul edilərsə, AMB 500 mln. manatadək maliyyə dəstəyi verə bilər. “Effekt böyük deyil - 400-500 mln. manata yaxındır. Lakin bu, cəmiyyətdəki gərginliyi azaltmağa kömək edəcək”, - deyə o qeyd edib.
Azərbaycan Banklar Assosiasiyasının rəhbəri Zakir Nuriyev bazar günü ATV telekanalına müsahibəsində bildirib ki, banklar birliyi bu məsələdə AMB-nin dəstəyinə ümid edir. “AMB dəstək göstərərsə, banklar dollar kreditləri üzrə ödənişləri əvvəlki məzənnə (dekabrın 21-nə qədər olan məzənnə) ilə qəbul etməyə hazırdır və borcluların öz kreditlərini tezliklə ödəmələrində maraqlıdırlar”, - deyə Z. Nuriyev bildirib.
Azərbaycan Mərkəzi Bankı 2015-ci il dekabrın 21-də manatın üzən məzənnəsinə keçdiyini elan edib. Bunun ardınca AMB milli valyutanı 47,6% devalvasiya edərək manatın dollara nisbətən məzənnəsini 1,55 manat/$1 səviyyəsində müəyyənləşdirib.
A.Axundov
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Dünyanın ən məşhur idman və əyləncə kanalları indi “CityNet”də!
Azər Türk Bank daha bir filialını istifadəyə verdi
AccessBank Masallıda filialının açılması ilə regional şəbəkəsini genişləndirir
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət