Valideyn qayğısından məhrum olmuş uşaqlar mövzusu hər bir insanın qəlbinin ən incə tellərinə toxunur. Ata-anasız uşaqların tərbiyəsi ilə məşğul olanlar hər zaman xalq içərisində hörmət sahibi olurlar. Lakin hər kəs bu addımı atmağa cəsarət tapmır. Son illər ərzində Azərbaycanda internat məktəblərində tərbiyə alan uşaqların sayı azalıb. Amma əfsuslar olsun ki, bu sistemdə hələ də bir sıra problemlər var. Övladlığa götürülmə zamanı nəyə diqqət yetirmək lazımdır, bu proses nədən ibarətdir, azərbaycanlı uşaqları kim övladlığa götürür? Bütün bunlar barədə “İnterfaks-Azərbaycan” agentliyinə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin İnformasiya və Analitik Tədqiqatlar Departamentinin rəhbəri Elgün Səfərov məlumat verib.
- Ötən il xarici dövlətlərin vətəndaşları tərəfindən neçə azərbaycanlı uşaq övladlığa götürülüb, bu barədə məlumat verərdiniz. Həmin uşaqlar hansı ölkələrə köçüblər?
- Ötən il xarici dövlətlərin vətəndaşları tərəfindən 6 uşaq övladlığa götürülüb. Həmin şəxslər arasında Rusiya, Türkiyə və ABŞ vətəndaşları olub. 2011-2012-ci illərdə övladlığa götürənlərin sayı 900 nəfər, 2014-cü ildə 700 nəfərə qədər təşkil edib. Hər il Azərbaycan daxilində uşaqların övladlığa götürülməsi ilə bağlı 700-900 ərizəyə baxılır. Xaricə övladlığa verilmə zamanı azərbaycanlı ailələrə, yəni əvvəllər Azərbayanda yaşayan və ya ölkə vətəndaşları ilə qohumluq əlaqləri olanlara üstünlük verilir. Azərbaycan daxilində övladlığa götürülmə zamanı məhkəmə instansiyasında nəzdində xüsusi komissiyaların olduğu yerli hakimiyyət orqanlarının rəyi nəzərə alınır. Beynəlxalq övladlığa götürülmə zamanı Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi rəy təqdim edir. Beynəlxalq övladlığa götürülmə zamanı mühüm amillərdən biri ondan ibarətdir ki, burada xüsusi qayğı və diqqətə, həmçinin tibbi yardıma ehtiyacı olan uşaqlara üstünlük verilir. Həmin uşaqları artıq Azərbaycanda övladlığa götürmürlər.
- Potensial valideynlər tərəfindən övladlığa götürülmə zamanı hansı yaşda uşaqlara üstünlük verilir?
- Potensial valideynlər əsasən 3 yaşa qədər uşaqlara üstünlük verirlər. Lakin biz Azərbaycan ailələrini bundan da yuxarı yaşlı uşaqları övladlığa götürmək üçün stimullaşdırmaq istərdik. Axı yaşından asılı olmayaraq hamıya ailə lazımdır.
- Övladlığa götürüləndən sonra uşağın həyatını necə izləmək mümkündür?
- Övladlığa götürüləndən sonra yoxlamarın aparılması ilə bağlı deyə bilərəm ki, burada müəyyən problemlər var. Uşaq beynəlxalq övladlığa verildikdən sonra 3 il ərzində onun yeni ailəyə necə uyğunlaşmasına dair məruzələrin qəbulu aparılır. Videoçarxlar, şəkillər, uşağın təhsil aldığı müəssisə barədə rəsmi sənədlər, yaşadığı şərait, xəstə uşaq övladlığa götürüldüyü halda tibbi müayinələrin nəticələrinə və s. dair məruzələr göndərilir. Əcnəbi vətəndaşların əksəriyyəti xəstə uşaqları övladlığa götürəndən sonra onları əməliyyat etdirir və səhhətinin yaxşılaşması və reabilitasiyası üçün zəruri olan hər şeyi edirlər. Əfsuslar olsun ki, azərbaycanlı ailələr bu cür uşaqları övladlığa götürmürlər. Biz vətəndaşlarımızı həmin uşaqları da övladlığa götürmələri üçün stimullaşdırırıq. Çünki onlar valideyn qayğısı və ailə nəvazişinə daha çox ehtiyac duyurlar. Bu gün Dövlət Komitəsinin vəzifəsi yaşından asılı olmayaraq hər bir uşağın özünə ailə tapmasından ibarətdir.
- Bu gün respublikada internat məktəblərində neçə uşaq tərbiyə alır?
- Digər ölkələrlə müqayisədə, bizdə vəziyyət bir qədər yaxşıdır. Misal üçün, 2006-cı ildə internat məktəblərində 21 min uşaq tərbiyə alıb, hazırda isə onların sayı 3 mindən bir qədər çoxdur. Bu gün övladlığa götürülmə proqramı uğurla icra olunur. İlk növbədə, övladlığa götürülmə zamanı uşağın maraqları nəzərə alınır. Daha bir məqam var - bu zaman biz bacı və qardaşların da eyni ailəyə düşməsinə çalışırıq.
- Azərbaycanlı uşaqların əcnəbi vətəndaşlar tərəfindən övladlığa götürülməsi praktikasının tətbiq olunduğu zaman ərzində uşaqların internata geri qaytarılması faktları qeydə alınıbmı?
- Dövlət Komitəsi 2008-ci ildən etibarən bu məsələ ilə məşğul olur. Beynəlxalq övladlığa götürülmə zamanı hələ ki, bu cür fakt qeydə alınmayıb, yerli ailələrlə isə, əfsuslar olsun ki, bu cür hallar olub.
- Övladlığa götürülmə prosesi nə qədər davam edir?
- Bu, beynəlxalq səviyyədə daha çox zaman tələb edir, nəinki yerli səviyyədə. Əcnəbi vətəndaşlar daha diqqətli monitorinqə məruz qalırlar. Ümumilikdə proses 6 aydan 1 ilə qədər vaxt aparır. Yerli səviyyədə övladlığa götürülmə prosesindən sonra monitorinq video və fotomateriallar hazırlanmadan yerli hakimiyyət orqanları tərəfindən aparılmalıdır. Xaricdə bu cür monitorinqlər və məruzələr xüsusi hüquq xidmətləri tərəfindən aparılır. Onlar bu fəaliyyətin həyata keçirilməsi üçün akkreditasiyadan keçirlər və fəaliyyətlərinə görə əmək haqqı alırlar. Həmin təşkilatlar beynəlxalq statusa malikdir və məruzələrin təqdim olunmasına görə məsuliyyət daşıyırlar, lakin bizdə bu cür xidmətlər yoxdur. Bizdə isə daxili monitorinq sistemi yoxdur. Bu cür sistemin mövcudluğu uşağa qarşı zorakılıq faktları və digər mənfi amillərin qarşısını almağa yardım edir. Azərbaycan daxilində bu vəziyyətin yaxşılaşması üçün iş aparılır.
Söhbət etdi Alla Zeydullayeva
AccessBank QSC Symantec Endpoint Protection üzrə tender elan edir
AccessBank QSC Cisco ESA + SMARTnet üzrə tender elan edir.
“Yelo Bank” ASC poliqrafiya və çöl reklamı xidmətləri üçün texniki tender elan edir
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Dünyanın ən məşhur idman və əyləncə kanalları indi “CityNet”də!
Azər Türk Bank daha bir filialını istifadəyə verdi
AccessBank Masallıda filialının açılması ilə regional şəbəkəsini genişləndirir
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət