Bu gün ali məktəblərdə 2015/2016-cı tədris ilinin payız semestrinin imtahan sessiyası başa çatıb.
Bu sessiya zamanı bir çox universitetlərə imtahanlara nəzarət etmək üçün ekspertlər, KİV, QHT nümayəndələri vəvalideynlər dəvət edilib. Monitorinqlərin əsas məqsədi tələbələrin biliklərinin qiymətləndirilməsində şəffaflıq və obyektivliyi təmin etmək idi.
Təhsil sahəsində ekspert, bir neçə universitetdə imtahanları müşahidə etmiş ictimai-siyasi xadim Şahlar Əsgərov qeyd edib ki, imtahanlar sakit və şəffaf şəkildə keçib.
“Sessiya zamanı mən Azərbaycan Dillər Universitetində, Azərbaycan Texniki Universitetində və Azərbaycan Dövlət İqtisad Universitetində imtahanları müşahidə etmişəm. Bütün bu ali məktəblərdə imtahanlar ictimaiyyət nümayəndələri üçün açıq şəkildə keçirilib ki, bu da tələbələrin biliklərinin obyektiv qiymətləndirildiyini və imtahan prosesində şəffaflığın qorunduğunu bir daha nümayiş etdirir”,- deyə o bildirib.
Ekspertin sözlərinə görə, o, ali məktəblərin tələbə və rektorları ilə də söhbət edib. Onlar da imtahanlar zamanı mənfi halların olmadığını qeyd ediblər.
“Multimedia” İnformasiya Sistemləri və Texnologiyaları Mərkəzinin direktoru, Azərbaycan İnternet Forumunun (İFA) prezidenti Osman Gündüz isə deyib ki, KİV və ictimaiyyət nümayəndələrinin imtahanları müşahidə etmək üçün dəvət edilməsi bir daha sübut etdi ki, imtahanlar şəffaf və obyektiv şəkildə keçirilib.
“Əvvəllər universitetlərdə sessiya yaxınlaşanda ajiotaj başlayırdı, korrupsiya mexanizmi fəallaşırdı. Bu payız sessiyasında imtahanlar o qədər obyektiv və şəffaf keçirilib ki, hətta KİV-lərdə bu mövzuda müsbət xarakterli məqalələr dərc edilib.
O.Gündüzün sözlərinə görə, o, tələbələrlə də söhbət edib və tələbələr imtahanların nəticələrindən razı qaldıqlarını bildiriblər.
Xatırladaq ki, 2015-ci ilin dekabrında Təhsil Nazirliyinin kollegiya iclası zamanı rektorlara imtahanlarda şəffaflığın təmin edilməsi ilə bağlı tapşırıq verilib və ekspertlərin sözlərinə görə, onlar bu tapşırığın öhdəsindən uğurla gəliblər.
A.Zeydullayeva
Nağıyev: “Fransa Ermənistanı yeni müharibəyə təhrik edir”
Bakı Rasmusseni NATO-nun keçmiş baş katibi statusundan sui-istifadə etməkdə ittiham edir
Dövlət Xidməti və Macarıstan Rəqabət Qurumu arasında Anlaşma Memorandumu imzalanıb
2023-cü ildə Azərbaycan iqtisadiyyatına birbaşa xarici investisiyaların həcmi 6% artıb
AMB: 2023-cü ildə Azərbaycanın xaricdə birbaşa xarici investisiyaları $3,1 milyard təşkil edib
Yanvar-fevral aylarında İstanbula turist axını 8% artıb
DTX 2023-cü ildə dövlətə xəyanətlə bağlı 27 cinayət işinin ibtidai istintaqını aparıb
“Crocus City Hall”da törədilən terror aktında ölənlərin sayı 143 nəfərə çatıb
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
Azərbaycan və Ermənistan parlamentlərinin sədrləri mayda görüşəcəklər
Ağ Ev İsrail və Livanı sərhəddə vəziyyəti dərhal normallaşdırmağa çağırıb
Ağ Ev: “Crocus City Hall”da terror aktına görə yalnız İŞİD məsuliyyət daşıyır
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Boston Consulting Group: Azərbaycan dünya enerji təhlükəsizliyində əsas rol oynayacaq
Azərbaycan “Accor” qrupu üçün əsas inkişaf bazarlarından biridir
NEQSOL Holding Udemy Business ilə tərəfdaşlığa başlayır
Yelo Bank Xocavənddə yaşayan şəhid ailələrini Novruz sovqatları ilə sevindirib
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət