Azərbaycanda Maliyyə Bazarlarına Nəzarət Palatası özünümaliyyələşdirmə prinsipləri əsasında fəaliyyət göstərəcək. Bu barədə Azərbaycan Respublikası Prezidentinin iqtisadi islahatlar üzrə köməkçisi Natiq Əmirov AzTV dövlət telekanalına müsahibəsində bildirib.
“Palata dövlət orqanı deyil. Bu, publik hüquqi şəxs, özünü maliyyələşdirən strukturdur. Yəni, bu strukturun fəaliyyəti üçün dövlət tərəfindən vəsaitin ayrılması nəzərdə tutulmur. Palata əsasən onun nəzarətində olan strukturların, iştirakçıların üzvlük haqları, həmçinin hazırlanan hüquqi sənədlərə görə ödənişlər hesabına maliyyələşdiriləcək”, - deyə N.Əmirov qeyd edib.
Onun sözlərinə görə, bu orqan maliyyə bazarlarına nəzarət həyata keçirəcək, həmin bazarın iştirakçılarına, o cümlədən banklara lisenziyalar verəcək və ya ləğv edəcək.
“Artıq bir neçə gündür mətbuatda dərc olunan məqalələrə diqqət yetirirəm. Bu islahatların məqsədi hər hansı strukturun səlahiyyətlərini əlindən alıb digərinə verməkdən ibarət deyil. Əsas məqsəd şəffaf nəzarətin yaradılmasıdır - söhbət sovet ideologiyasından qaynaqlanan nəzarət-yoxlama metodologiyasından deyil, maliyyə bazarını qoruyacaq nəzarət mexanizmindən gedir. Yəni, Palatanın məqsədi həm sağlam rəqabətin, həm də bu bazarın iştirakçılarının likvidliyinin müdafiəsi və bunun üçün nəzərdə tutulan tədbirlərin həyata keçirilməsidir”, - deyə N.Əmirov bildirib.
Palatanın fəaliyyəti həm sığorta, həm bank, həm qiymətli kağızlar bazarlarını, həm də
maliyyə monitorinqi və çirkli pulların yuyulması sahələrini əhatə edəcək.
“Bundan başqa, Palatanın yaradılması üzrə İşi qrupu Mərkəzi Bank və Palatanın funksiyaları arasında dəqiq sərhədləri müəyyən edərək bölgünü həyata keçirəcək normativ aktlar hazırlayacaq. Çünki Mərkəzi Bank maliyyə bazarında əsas iştirakçı və monetar siyasət həyata keçirən strukturdur. AMB-nin bankların maliyyə bazarının, inflyasiyanın səviyyəsinin, qiymətlərin müəyyən edilməsində rolu və əhəmiyyəti əvvəlki kimi qalır”, - deyə N.Əmirov qeyd edib.
Xəbər verildiyi kimi, Azərbaycan prezidenti İlham Əliyev fevralın 3-də Maliyyə Bazarlarına Nəzarət Palatası publik hüquqi şəxsin yaradılması haqqında fərman imzalayıb. Palata qiymətli kağızlar bazarı, investisiya fondları, sığorta, kredit təşkilatları (bank, bank olmayan kredit təşkilatları və poçt rabitəsinin operatoru) və ödəniş sistemləri fəaliyyətinin lisenziyalaşdırılması, tənzimlənməsi və nəzarəti, habelə cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılması və terrorçuluğun maliyyələşdirilməsinin qarşısının alınması sahəsində nəzarət sisteminin təkmilləşdirilməsini, həmçinin bu sahələr üzrə nəzarət sisteminin şəffaflığını və çevikliyini təmin etmək məqsədi ilə yaradılır.
Maliyyə Bazarlarına Nəzarət Palatasının fəaliyyətinin təmin edilməsi ilə əlaqədar İşçi qrupu yaradılıb. İşçi qrupunun rəhbəri Qiymətli Kağızlar üzrə Dövlət Komitəsinin sədri Rüfət Aslanlı təyin edilib. İşçi qrupuna “Xalq Bank” Açıq Səhmdar Cəmiyyətinin Müşahidə Şurasının sədri Asim Məmmədov, “Kapital Bank” Açıq Səhmdar Cəmiyyətinin Müşahidə Şurasının sədri Cəlal Qasımov, “Unibank” Açıq Səhmdar Cəmiyyətinin İdarə Heyətinin sədri Faiq Hüseynov, Azərbaycan Respublikası Dövlət Neft Fondunun İnvestisiya Departamentinin direktoru Rövşən Cavadov, Maliyyə Nazirliyinin maliyyə və sığorta bazarlarının tənzimlənməsi şöbəsində sektor müdiri Zəka Mirzəyev daxildir.
İşçi qrupuna Maliyyə Bazarlarına Nəzarət Palatasının Nizamnaməsinin layihəsini, habelə Palatanın strukturu və işçilərinin ümumi say həddi barədə təkliflərini bir ay müddətində hazırlayıb Azərbaycan prezidentinə təqdim etmək tapşırılıb.
Fərmana əsasən, Maliyyə Bazarlarına Nəzarət Palatasının Nizamnaməsi qüvvəyə mindiyi gündən Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi, Maliyyə Nazirliyinin Dövlət Sığorta Nəzarəti Xidməti və Azərbaycan Mərkəzi Bankı yanında Maliyyə Monitorinqi Xidməti ləğv ediləcək və onların istifadəsində olan dövlət əmlakı Maliyyə Bazarlarına Nəzarət Palatasına veriləcək.
A.Axundov
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Dünyanın ən məşhur idman və əyləncə kanalları indi “CityNet”də!
Azər Türk Bank daha bir filialını istifadəyə verdi
AccessBank Masallıda filialının açılması ilə regional şəbəkəsini genişləndirir
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət