Rusiya Federasiyasının səfiri Vladimir Dmitiryeviç Doroxin “İnterfaks-Azərbaycan” agentliyinə müsahibəsində ikitərəfli siyasi və iqtisadi əlaqələr, dünyada baş verən proseslərin həmin münasibətlərı təsiri barədə söz açıb.
- İlk öncə, Sizi peşəkar bayram - Rusiya Federasiyasının diplomat işçilərinin Günü münasibətilə təbrik etmək istərdik. Siz artıq yeddinci dəfədir ki, bu günü Azərbaycanda qeyd edirsiniz. Bu illər ərzində Rusiya diplomatiyasının Azərbaycan barədə rəyi necə dəyişib?
- Biz biri-birimizə daha yaxın olduq. Prinsiplərin təməli iki lider - Heydər Əliyev və Vladimir Putin tərəfindən qoyulmuşdu. Bu - bir-birinin suverenliyinin şərtsiz qəbulu və hörmət edilməsi, qarşılıqlı əməkdaşlıqdır. Həmin prinsipləri reallaşdıraraq, biz zəngin təcrübə toplamışıq və onun sayəsində biri-birimiz üçün hansı əhəmiyyət kəsb etdiyimizi bilirik. Xəyallar və ideoloji üstünlük olmadan. Olduğumuz kimi qalırıq, müstəqil siyasi xətt yürüdürük, lakin, eyni zamanda yaxşı əməkdaşlıq edirik.
Rusiya Azərbaycanı praqmatik və proqnozlaşdırılan tərəfdaş kimi qəbul edir. Düşünürəm ki, Azərbaycanda da Rusiyanı bu cür qəbul edirlər. Moskvanın Azərbaycana münasibəti yaxşıdır. Burada çalışdığım 7 il ərzində Moskvadan Azərbaycanın ünvanına bir mənfi fikrin səsləndiyini xatırlamıram. Bu müsbət prosesdir. Qarşılıqlı etimad - dünyada formalaşan hazırki mürəkkəb vəziyyətdə xüsusilə böyük dəyərdir.
- Yeddi il ölkəmizdə çalışan Rusiya vətəndaşı kimi, Azərbaycanı dərk etyməyiniz necə dəyişib?
- Yeddi il öncə Azərbaycana səfərə hazırlaşarkən, ölkə barədə praktiki olaraq məlumatım yox idi. Evdə ölkəniz barədə oxumaq üçün ciddi ədəbiyyat belə yox idi. Baxmayaraq ki, o dövrdə Azərbaycan artıq 14 il müstəqil dövlət olub, Rusiyada onun barəsindəı yalnız bir kitab yazılmışdı. Buna görə, hər şeyi yenidən başlamalı olduq. Bu gün, illər sonra, o qədər öyrəşdim ki, hətta (gülür) onun mənim üçün özgə, xarici və ya qeyri-xarici olduğunu qeyd etməkdə çətinlik çəkirəm.
- Rusiya strateji maraqlarına uyğun siyasət yürüdür. Bəzən bununla əlaqədar digər ölkələr, o cümlədən Azərbaycan barəsində də çağırışlar səslənir. Gürcüstan və Ukraynada baş verən hadisələri xatırlamaq olar. Ən son misal - Türkiyədir. Azərbaycana yaxın olan iki ölkə arasında münaqişə Bakını çox narahat edir. Bu münasibətlərə necə təsir edir?
- Həqiqətən, Rusiya və Azərbaycan müstəqil siyasət yürüdürlər. Bununla belə, biri-birimizin qarşısında xarici siyasətdə atacağımız addımı razılaşdırmaq kimi ödhdəliyimiz yoxdur. Bu səbəbdən, Rusiyanın bu və ya digər xarici siyasi aksiyasının Azərbaycanın xüsusi maraqlarına toxunacaq vəziyyətlərin meydana gəlməsi mümkündür. Və əksinə. Siz Gürcüstan, Ukraynanı xatırladınız. Ermənistan və digər ölıkələri də bu sıraya daxil etmək olar. İndi Türkiyə ilə bağlı xoşagəlməz vəziyyət yaranıb.
Ötən illər ərzində biz çox şey öyrəndik. Xüsusilə, maraqların üst-üstə düşdüyü zaman əməkdaşlıq etməyi, bu cür təsadüf olmadığı halda münaqişə etməməyi öyrəndik. Etiraz etməyib, yumruğumuzu masanın üzərinə çırpmamağı, baş verənləri olduğu kimi qəbul etməyi öyrəndik. Bu cür yanaşma yaranan fikir ayrılıqlarını ikitərəfli münasibətlərə keçirtməməyə yardım edir.
Moskvada Azərbaycanın Rusiya-Türkiyə münasibətlərinə dair mövqeyi barədə məlumatlıdırlar və anlayırlar. Bu mövqe Rusiya üçün heç bir problem yaratmır. Sizi əmin edirəm ki, “Türkiyə məsələsi”ndə Moskva Azərbaycanı Rusiya-Türkiyə münasibətlərində pis vəziyyətə qoyacaq heç bir addım atmayacaq.
- Son günlər Rusiya-Türkiyə münasibətlərində müəyyən gərginlik müşahidə olunur. Necə hesab edirsiniz, bu gərginlik artacaq, yoxsa hər iki ölkənin onun qarşısını almaq üçün kifayət qədər resursları var?
- Rusiyanın mövqeyi ondan ibarətdi ki, münaqişənin təşəbbüskarı biz deyilik. Bu birincisi. İkincisi, biz münaqişənin nizamlana biləcəyinə dair şərtlər irəli sürmüşük. Əgər onlar həyata keçirilərsə, sizin qeyd etdiyiniz həll yolları var. Həmin şərtlərə əməl olunmazsa, hər şey indiki səviyyədə qalacaq.
Adətən, rəy formalaşır ki, münaqişə heç kimə lazım deyil.
Bununla razılaşmamaq mümkün deyil. Bir daha təkrar edirəm ki, münaqişənin təşəbbüskarları biz olmamışıq.
- Bu gün Azərbaycan və Rusiya müəyyən iqtisadi çağırışlarla üzrləşirlər. Ölkələrin müstəqillik dövrünün başlanğıcı üçün xarakterik olan iqtisadiyyatın müəyyən xammal yönümlü inkişafı neftin qiymətinin ucuzlaşması şəraitində bunun kifayət qədər səmərəli olmadığını nümayiş etdirdi. Sizcə, Azərbaycan və Rusiya xammal iqtisadiyyatından daha istehsal yönümlü və səmərəli inkişaf modelinə keçmək üçün hansı istiqamətlərdə qarşılıqlı əlaqədə olamalıdır?
- Rusiya-Azərbaycan iqtisadi münasibətlərin əsasən qeyri-neft sektorunda formalaşması mühüm əhəmiyyət kəsb edir. Azərbaycana qeyri-neft xarakterli məhsullar məhz Rusiyadan tədarük olunur. Və ən çox sayda qeyri-enerji məhsullarını Azərbaycan Rusiyaya ixrac edir. Bu səbəbdən, ticari-iqtisadi əlaqələrimiz neftin qiymətindəki dəyişiklikdən az səviyyədə asılıdır. Lakin, bunun təsiri, əlbəttə ki, var. Statistikamıza görə, 2014-cü ildə Rusiya-Azərbaycan ticarətinin həcmi tarixi maksimal həddə - 4 mlrd. dollara çatıb. 2015-ci ildə bu rəqəm təxminən 30% azalıb.
Rusiyada iqtisadi vəziyyətin pisləşməsi orada çalışan azərbaycanlılar üçün də mənfi nəticələrə gətirib, bu da Bakı ilə Moskva arasında münasibətlərdə hər zaman vacib amil olub.
Prinsip etibarilə, bazamız sabit və yaxşıdır. Dünyada vəziyyətin dəyişilməsinə faciəvi nəticələr olmadan da tab gətirmək mümkündür. Azərbaycan şaxələndirməyə yönəlib, Rusiya da bu istiqaməti götürüb. Bu, həm də vəziyyətin təsiri altında iqtisadi əməkdaşlığmızı nəinki qorumaq, həm də yaxşılaşdırmaq üçün əlavə amildir.
- Hökumətlərarası Komissiyanın son iclasında Rusiya tərəfi Azərbaycandan ASK məhsullarının tədarükün artırılmasını arzu edib. Bu gözləntilər nə dərəcədə özünü doğruldub?
- Azərbaycan Rusiyaya təxminən $300 mln. məbləğində kənd təsərrüfatı məhsulları ixrac edir. 2015-ci ildə ölkəniz embarqo şərtlərindən istifadə edərək tədarük həcmini bir qədər çoxaldıb. Lakin Rusiya üçün $300 mln. həcmində ərzaq - dənizdə bir damlaya bərabərdir. Ancaq Moskva ildə 10 dəfə çox istehlak edə bilər. Moskvadan başqa hələ meyvə-tərəvəzin çatışmadığı Sankt-Peterburq, Sibir, digər regionlar var. Əgər Azərbaycan Rusiyaya $3-4 mlrd. məbləğində meyvə-tərəvəz tədarük edərsə, bu həcmlər də öz alıcılarını tapacaq. Xüsusən ona görə ki, Azərbaycan bitkiçilik məhsullarının keyfiyyəti yüksək qiymətləndirilir.
Onsuz da irəli addım atılıb. Real proses gedir. Azərbaycanda yeni istixanalar, kənd təsərrüfatı obyektlərinin inşasının aparılmasını müşahidə etmək mümkündür. İndi söhbət birgə dövlətlərarası proqramın qəbulundan gedir ki, burada Rusiyanın nəyə maraq göstərməsi, hansı həcmdə məhsulların alınmasına zəmanətin verilməsi, məhsulların itkisiz və əlavə gömrük prosedurlarsız istehlakçıya çatması izah edilir. Hökumətlərarası Komissiya çərçivəsində xüsusi İşçi qrupu yaradılıb. Bu işin müsbət nəticə verəcəyinə ümid etmək istərdik.
-Hökumətlərarası Komissiyanın növbəti iclasının keçirilməsi yeri və tarixinin müəyyən edilməsinə dair danışıqlar olub? Ardıcıllığı nəzərə alaraq, yəqin ki, bu toplantı Bakıda keçiriləcək.
- Son iclasın protokolunda qeyd edilib ki, növbəti toplantı 2016-cı ildə Bakıda keçiriləcək. Çünki əvvəlki iclas 2015-ci ilin sentyabr ayında olduğuna görə, yəqin ki, növbəti toplantı da payızda keçiriləcək. Dəqiq tarix hələlik müəyyən edilməyib.
-Siz qeyd etdiniz ki, 2014-cü ildə ticarət dövriyyəsi pik həddə olub, 2015-ci ildə isə ticarət dövriyyəsində bir qədər azalma müşahidə olunub. 2016-cı ilə hansı gözləntiləriniz var?
- Düşünmürəm ki 2016-cı ildə 2014-cü ilin səviyyəsinə qayıtmaq mümkün olsun. Lakin 2015-ci ilin səiyyəsini saxlamaq vəzifəsinin qarşıya qoyulması realdır.
-Dağlıq Qarabağ münaqişəsinin nizamlanması Azərbaycanın prioritet vəzifələrindən biridir. Rusiyanın üzərinə xüsusi ümidlər qoyulur. Bakıda Rusiya diplomatiyasının səylərinin aktivləşməsi alqışlanır. Söhbət münaqişənin “Lavrovun xətti” ilə nizamlanmasından gedir. Rusiyanın səyləri Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasına təkan verə bilərmi?
- Rusiyanın üzərinə böyük ümidlərin qoyulması aydın məsələdir. Münaqişə Rusiyanın mövcud olduğu tarixi şəraitdə meydana gəlib. Digər simada - SSRİ simasında, lakin yenə də mövcud olub. Bizim Azərbaycan və Ermənistanla daha sıx ikitərəfli münasibətlərimiz var, nəinki digər dövlətlərin. Biz baş verənlərə görə çox narahatıq və həqiqətən yardım etmək istəyirik.
Son zamanlar Rusyanın rolunun aktivləşməsi prosesi gedir. Bunun təşəbbüskarı V.Putindir, o 2014-cü ildə Soçidə iki prezidentin görüşünü keçirərək, danışıqlar prosesinə qoşulub. Xarici işlər naziri Sergey Lavrov fəal çalışır. Söhbət hər hansı ayrıca xətt və ya onun tərtib etdiyi məxfi sənədlərdən getmir. İş beynəlxalq səylər, ATƏT-in Minsk qrupu və həmsədrlər çərçivəsində aparılır. Onlar bürtün təfərrüatları bilirlər və bu xəttlə faəliyyətlərini davam etdirirlər. Bütün məsuliyyəti dərk edərək və tərəfdaşlarımıza yardım etmək istəyi ilə əlimizdən gələni edəcəyik.
- Son günlər həm Azərbaycan rəhbərliyi, həm hökumət, parlamentin ayrı-ayrı üzvləri səviyyəsində ATƏT-in Minsk qrupunun hazırki formatda bir qədər səmərəliliyini itirməsi və münaqişəni həll etmək iqtidarında olmamasına dair kifayət qədər sərt bəyanatlar səslənib. Effektivliyin artırılması məqsədilə ATƏT-in Minsk qrupunun formatının dəyişilməsinə dair Rusiyanın fikri varmı? Çünki son zamanlar münaqişənin real həlldən dondurulma mərhələsinə keçməsinə dair fikirlər səslənir.
- ATƏT-in Minsk qrupunun fəaliyyətinin qiymətləndirilməsinə gəlincə, əlbəttə ki, hər kəs bunu öz bildiyi kimi etmək hüququna malikdir. Bu birincisi. İkincisi, Minsk qrupu Rusiya, ABŞ və Fransanın bunu istədiyinə görə formalaşmayıb. Münaqişə tərəflərinin bu vasitəçilik formatının onları qane etməsi ilə razılaşdıqlarına görə yaradılıb. Əgər sabah tərəflər bu formatın onları qane etməməsini bəyan və yeni vasitəçilər tələb edərlərsə, bu yeni vəziyyət yaradacaq. O zaman nəticə çıxarmaq lazım olacaq. Həlilik isə, bütün bunlar emosiya və uydurmadır. Bu sözü istifadə etmək istəməsəmdə, bəzən spekulyasiyadır.
- Sizdə elə təəssürat yaranmır ki, nəinki Azərbaycanda Ermənistanla, həm də bütün dünyada meydana gələn münaqişələr daha çox həll edilməz olurlar?
- Həlli olmayan münaqişələr yoxdur, məsələ onun nə vaxt və nə bahasına həll olmasından ibarətdir. Qarabağ münaqişəsi də öz həllini tapacaq. Siz bunun tezliklə və az itkisiz baş verməsini istəyirsiniz. Bu aydın məsələdir. Biz də bunu arzu edirik. Buna görə, səy göstərməkdən başqa heç nə edə bilmərik.
- Münaqişənin həllinin ideal variantı mövcuddur?
- Əgər mən onu bilsəydim, yəqin ki, çoxdan Nobel sülh mükafatının laureatı olardım (gülür). Münaqişənin həlli yolu, əlbəttə ki, var. Bu, Azərbaycanla Ermənistan arasında razılığın əldə olunmasından ibarətdir. Münaqişələri digər vasitə ilə həll etmək olmaz. Münaqişə tərəflərindən başqa heç kim onun incəlikləri və dərinliyini bilmir, bu və ya digər razılıqların nəyə səbəb olcacağını öncədən görə bilməz. Vasitəçilər yalnız yardım edə bilərlər, həll yolu münaqişə tərəflərinin öz əlindədir.
- Terrorçuluq, həmçinin İŞİD ilə mübarizədə Bakı ilə Moskva arasında əməkdaşlıq səviyyəsini necə qiymətləndirirsiniz?
- Siyasi planda Rusiya və Azərbaycan eyni mövqelərdədir. Bizin birgə rəyimiz var, beynəlxalq təşkilatlarda birgə səs veririk. Rusiya-Azərbaycan ikitərəfli əməkdaşlığı təhlükəsizlik sahəsini də əhatə edir. Aydın səbəblərə görə, təfərrüaatlar barədə danışa bilmirəm. Yalnız onu qeyd edim ki, Rusiyada bu əməkdaşlığı müsbət qiymətləndirirlər. Düşünürəm ki, Azərbaycanda da bu əməkdaşlığa müsbət rəy verilir.
- Azərbaycanda dəfələrlə Risiyanın regionları ilə yalnız iqtisadi deyil, həm də humanitar və mədəni əlaqələrin qurulmasına marağın olmasına dair bəyanatlar səslənib. Bu məqsədlə əməkdaşlığa dair müxtəlif ikitərəfli sazişlər imzalanır. 2016-cı ildə Rusiyanın regionları ilə analoji sənədlərin imzalanması planlaşdırlırmı?
- Azərbaycanın Rusiyanın regionları ilə əlaqələri münasibətlərimizdə yaxşı elementdir. Moskva onları təşviq edir. Regionlardan insanların Azərbaycana gələrək, burada baş verənləri görmələri mühümdür, Rusiyaya necə mehribanlıqla yanaşmanın şahidi olsunlar. Bu, Rusiya-Azərbaycan münasibətlərinin bazasının möhkəmləndirilməsi üçün vacibdir.
Həmin əlaqələrdən praqmatik və real effektin ərsəyə gəlməsini istərdik. Bu cür effekt mövcuddur. Yaxşı humanitar və tədris layihələri reallaşdırılır, biznes sahəsində də irəliləyiş var.
Səfir kimi, 2016-cı il üçün mühüm vəzifəm bu tendensiyanı saxlamaqdan ibarətdir. Hazırda, regionlarda insanların öz çətinlikləri var, onları beynəlxalq əlaqələrlə maraqlandırmır. Azərbaycanda da daha çox daxili işlərlə məşğul olurlar, misal üçün Volqoqrad, Belqorod və ya digər regionlarla necə əlaqələr qurmaq barədə az düşünürlər. Digər tərəfdən, pul qazanmaq, iş yerləri yaratmaq, büdcəyə vergi daxilolmalarını təmin etmək məqsədilə indi bu və ya digər layihənin reallaşdırılması üçün daha artıq təkan yaranması üçün yaxşı məqamdır. İstərdik ki, insanlar yerlərində bunu anlasınlar və proses dayanmasın.
- Azərbaycan tərəfinin Uralda logistik mərkəz tikintisi layihəsi var idi. Bu layihə aktuallığını qoruyur?
- Layihə aktual olaraq qalır. Yuxarıda qeyd etdiyimi təkrarlamaq istərdim. Ayrıca layihənin reallaşdırılması başqa məsələdir. Dövlət proqramı lazımdır, burada qeyd olunmalıdır, niyə logistik mərkəz Kazanda deyil, misal üçün, Yekaterinburqda tikilməlidir. Sonra mallar hara tədarük olunacaq? Riskləri kim və hansı səviyyədə öz üzərinə götürəcək? Bir daha təkrar edirəm, daha geniş dövlət tərəfindən nöqteyi-nəzər lazımdır. Lokal logistik mərkəzlərin yaradılması ideyasının Yekaterinburq və digər şəhərlərdə belə asta işlənməsinin səbəblərindən biri budur.
- Söhbətimizi bugünkü bayramın mövzusu ilə başa çatdırmaq istərdik. Bayramın əsasını 10 fevral 1549-cu il - İvan Groznının dövründə yaradılmış Səfir sərəncamı təşkil edir. Bu, Rusiya diplomatiyasının ən az 500 il tarixə malik olduğuna dəlalət edir. Həmin tarixdə müxtəlif dövrlər olub. Görünür, indi ən mürəkkəb dövrlərdən biridir. Dünya siyasətində qarşıdurma elementləri əməkdaşlıqdan daha çox müşahidə edilir. Bu gün Rusiyanı Qərbdə daha çox tənqid edirlər. Bu şəraitdə rusiyalı diplomat necə çalışır?
- 40 ildən artıqdır ki, diplomatiya sahəsində fəaliyyət göstərirəm. Müxtəlif dövrlər olub. Hazırki dövr - ən dramatiklərdən biridir. Mən qarşıdurmanı sevməyən insanam. Daha çox əməkdaşlıq məsələlərini müzakirə etməyi xoşlayıram, nəinki etiraz və iddialar irəli sürüm. Ancaq indi məhz bu cür dövrdür. Rusiya hər tərəfdən “mühasirəyə” alınmış vəziyyətə düşüb. Bizə qarşı sanksiyalar tətbiq olunub, siyasətimiz çoxların xoşuna gəlmir, bizi tənqid edirlər, qarşımıza razılaşa bilməyəcəyimiz tələblər qoyulur.
Bizə, bu işdə çalışan diplomatlara nə güc verir? Getdiyimiz yolun düzgün olmasına əminlik. Bizi yeganə mərkəzin, həmçinin hansı ölkənin mövcud olacağını, hansı rejimin üstünlük təşkil edəcəyini, hansının yox olacağını müəyyən etmək hüququnu mənimsəməyə cəhd edən dünyanı qəbul etmədiyimizə görə cəzalandırırlar.
Biz bununla razılaşa bilmərik. Düşünürük ki, bu mövqe yalnız Rusiyanın deyil, həm də bütün dünyanın maraqlarına cavab verir. Dost və müttəfiqlərimizin sayı daha çoxdur, nəinki sitatlar gətirilən ayrı-ayrı liderlərin sifarişli mətbuatda dərc olunan bəyanatlarında qeyd edirlər. Bizim dərin mühasidərə olmağımız, heç kəsin bizi anlamaması, ətrafımızda yalnız düşmənlərin olması kimi təəssüratımız yoxdur. Bu bizə güc verir.
Azərbaycanda da bu anlayışı hiss edirəm. Burada Rusiyaya mehribanlıqla yanaşırlar və həqiqətən normal inkişaf etməyimizdə, beynəlxalq arenada oynamaq istədiyimiz müsbət rolun reallaşmasında maraqlıdırlar. Bu səbəbdən, səfir kimi Bakıda çalışmaq mənim üçün rahatdır.
- Bu il iki ölkənin prezidenti arasında əlaqələr planlaşdırılır?
- Hər iki prezident arasında ünsiyyət daimi xarakter daşıyır. Bu cür münasibət olmadan mümkün deyil. Ünsiyət formaları - qarşılıqlı səfərlər, beynəlxalq forumlarda əlaqələr, fikir mübadiləsi, telefon zənglərindən ibarətdir. Təfərrüatlar diplomatik kanallar vasitəsilə razılaşdırılır. Lazım olanda biz mətbuat və ictimaiyyəti məlumatlandıracağıq.
- Müsahibəyə görə təşəkkür edirik.
Söhbət etdi Anar Əzizov
AccessBank QSC Symantec Endpoint Protection üzrə tender elan edir
AccessBank QSC Cisco ESA + SMARTnet üzrə tender elan edir.
“Yelo Bank” ASC poliqrafiya və çöl reklamı xidmətləri üçün texniki tender elan edir
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
AccessBank Masallıda filialının açılması ilə regional şəbəkəsini genişləndirir
AccessBank BMT-nin Qlobal Sazişinə qoşulub
AccessBank 2024-cü ilin 1-cü rübü üzrə maliyyə nəticələrini açıqlayıb
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət