Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Fitosanitar Nəzarəti Xidməti 48 ton yararsız kartofu İrana qaytarıb. Bu barədə qurumun məlumatında deyilir.
Hər birində 24 ton olmaqla, ümumilikdə, 48 ton ərzaqlıq kartof məhsulu daşıyan iki yük avtomobilindən götürülmüş nümunələr Dövlət Fitosanitar Nəzarəti Xidmətinin Respublika Karantin Ekspertiza Mərkəzinin laboratoriyasında karantin ekspertizasına təqdim edilib. Ekspertiza zamanı hər iki yükdə karantin tətbiq edilən zərərli orqanizm – kartof güvəsi (Phthorimaea operculella Zell) və gövdə nematodu (Ditylenchus dipsaci Filipjev) aşkarlanıb”, - deyə məlumatda bildirilir.
Aşkar edilən gövdə nematodunun zərərsizləşdirilməsi mümkün olmadığı üçün 48 ton kartof məhsulunun ixracatçı ölkəyə geri qaytarılması məqsədilə ilkin sənədlər Dövlət Gömrük Komitəsinə təqdim edilib.
“Məhsulun geri qaytarılmasında əsas məqsəd, zərərli orqanizmlərin respublikamızın ərazisinə daxil olmasının və yayılmasının qarşısının alınmasıdır. Artıq bu haqda İran İslam Respublikasının Milli Bitki Mühafizəsi təşkilatına da məlumat verilib”, - deyə məlumatda qeyd olunur.
Gövdə nematodu 450-dən çox bitki növünü yoluxdurmaqla, ən təhlükəli bitki parazitlərindən biri hesab olunur. Bu endoparazit bitkilərin (çuğundur, badımcan, kök, soğan, sarımsaq, xiyar və s.) həm yerüstü, həm də yeraltı hissələrini yoluxdura bilir və bir çox təhlükəli bitki xəstəliklərinin törədicilərini (Clavibacter michiganensis subsp. insidiosus və s. kimi) yayır. Daha çox kartofa ziyan vurur.
Kartof güvəsi kartof, badımcan, tütün və quş üzümü fəsiləsinə aid digər mədəni və yabanı bitkilər üçün təhlükəli zərərvericidir. Daha çox kartofa ziyan vuran güvə kütləvi çoxaldıqda sahədə və ya anbarlarda saxlanılan kartof yumrularını 2–3 həftə ərzində tamamilə məhv edir. Zərərverici hətta 25–80 faiz məhsul itkisinə səbəb olur.
N.Abbasova
Nağıyev: “Fransa Ermənistanı yeni müharibəyə təhrik edir”
Bakı Rasmusseni NATO-nun keçmiş baş katibi statusundan sui-istifadə etməkdə ittiham edir
Dövlət Xidməti və Macarıstan Rəqabət Qurumu arasında Anlaşma Memorandumu imzalanıb
DTX 2023-cü ildə dövlətə xəyanətlə bağlı 27 cinayət işinin ibtidai istintaqını aparıb
“Crocus City Hall”da törədilən terror aktında ölənlərin sayı 143 nəfərə çatıb
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Boston Consulting Group: Azərbaycan dünya enerji təhlükəsizliyində əsas rol oynayacaq
Azərbaycan “Accor” qrupu üçün əsas inkişaf bazarlarından biridir
NEQSOL Holding Udemy Business ilə tərəfdaşlığa başlayır
Yelo Bank Xocavənddə yaşayan şəhid ailələrini Novruz sovqatları ilə sevindirib
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət