Rabitə və Yüksək Texnologiyalar Nazirliyi (RYTN) “Poçt rabitəsi xidmətlərinin göstərilməsi Qaydaları”nı təsdiq edib. Bu barədə Hüquqi Aktların Dövlət Reyestrinin saytında məlumat verilir.
Qaydalar poçt göndərişlərinin növləri və onların texniki xüsusiyyətlərini müəyyən edir. Xüsusilə poçt göndərişləri aşağıdakı 3 əsas sinfə ayrılır: məktub poçtu göndərişləri; poçt bağlamaları; sürətli poçt göndərişləri. Qəbul, işlənilmə, daşınma və çatdırılma (verilmə) texnologiyasından asılı olaraq poçt göndərişləri sadə, sifarişli, adi və qiyməti bəyan olunmuş kateqoriyalara bölünür.
Həmçinin qaydalarda poçtla göndərilmə üçün icazə verilən və verilməyən mallar və əşyalar müəyyən olunub.
Xüsusilə ölkə daxilində işgüzar sənədlər, fotoşəkillər, bədii açıqcalar, reklam-məlumat çap materialları, sxemlər və əlyazmalar qiymətli kağızlar və ya sənədlər, lotereya biletləri, fotoşəkillər, poçt markaları, əlyazmalar, məhkəmə işləri və göndərici və (və ya) ünvançı üçün qiymət kəsb edən digər sənədlərin göndərilməsinə icazə verilir.
Həmçinin ölkə daxilində mədəni-məişət və istehsal təyinatlı əşyalar, işgüzar sənədlər, çap nəşrləri, bədii və digər ədəbiyyat, səs yazıları, dərman və dərman bitkiləri, toxumlar, uzun müddət saxlanıla bilən qida məhsulları və digər qiymətli əşyalar göndərilir.
Beynəlxalq sadə və sifarişli məktublarda və sənəd tərkibli sürətli poçt göndərişlərində yazışmalar, işgüzar sənədlər, fotoşəkillər, hesablar, qəbzlər, sənəd və arayışların notarial qaydada təsdiq olunmuş surətləri, xarici valyutada ödəniş sənədləri, poliqrafiya məhsulları, kitab və digər çap məhsulları, mədəni-məişət və istehsal təyinatlı əşyalar, uzun müddət saxlanıla bilən qida məhsulları, çap məhsulları, bitkilər, dərman vasitələri, eləcə də təyinat ölkəsinə idxalına icazə verilmiş və qanunvericiliklə qadağan olunmamış digər əşya və mallar göndərilir.
Poçt göndərişlərindəgöndərilməsi qadağan olunan və xüsusi icazə əsasında yol verilən əşya və mallara odlu silahlar və onların sursatları, soyuq silahlar və xüsusi olaraq hücum və müdafiə üçün nəzərdə tutulmuş əşyalar, narkotik vasitələr, psixotrop maddələr və onların prekursorları, o cümlədən tərkibində belə maddələr olan dərman vasitələri, güclü təsirə malik, zəhərli, tezalışan, partlayıcı, radioaktiv, bioloji, infeksion və digər təhlükəli maddələr aiddir.
N.Abbasova
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Dünyanın ən məşhur idman və əyləncə kanalları indi “CityNet”də!
Azər Türk Bank daha bir filialını istifadəyə verdi
AccessBank Masallıda filialının açılması ilə regional şəbəkəsini genişləndirir
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət