Bakı Ali Neft Məktəbində (BANM) Azərbaycan Respublikasının millətlərarası, multikulturalizm və dini məsələlər üzrə Dövlət müşaviri, akademik Kamal Abdullayevlə görüş keçirilib. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə BANM-dən məlumat verilib.
Bununla yanaşı, “Azərbaycan multikulturalizminin ədəbi-bədii qaynaqları” kitabının təqdimatı keçirilib.
Tədbiri giriş sözü ilə açan BANM-in rektoru Elmar Qasımov bildirib ki, prezident İlham Əliyev 2016-cı ili “Multikulturalizm ili” elan edib və bu, olduqca əhəmiyyətli hadisədir, belə ki, müasir dövrdə bu, yalnız Azərbaycan üçün deyil, həm də beynəlxalq aləm üçün böyük əhəmiyyət kəsb edir. O, ölkəmizdə müxtəlif dini konfessiyaların əsrlərdən bəri sərbəst və qarşılıqlı anlaşma şəraitində fəaliyyət göstərdiklərini, onların dilinə, dininə, mədəniyyətinə xalqımız tərəfindən daim yüksək qiymət verildiyini vurğulayıb. Bu sahədə böyük işlərin həyata keçirildiyini deyən rektor rəhbərlik etdiyi ali məktəbin bu istiqamətdəki fəaliyyətindən danışıb.
K.Abdullayev Azərbaycanın bilikli, savadlı gənclərinin üstünlük təşkil etdiyi ali məktəbdə olmaqdan məmnunluğunu ifadə edib.
O, 2016-cı ilin Azərbaycanda “Multikulturalizm ili” elan olunduğunu multikulturalizmin Azərbaycanın dövlət siyasətinə və həyat tərzinə, tolerantlığın isə xalqımız üçün demokratik dəyərə çevrildiyinin göstəricisi olduğunu vurğulayıb. Multikulturalizm ənənələrinin formalaşması haqqında söz açan akademik multikulturalizm siyasətinin ölkəmizin demokratik inkişafının tərkib hissəsi olduğunu deyib.
“Azərbaycan multikulturalizminin ədəbi-bədii qaynaqları” kitabı haqqında söz açan K.Abdullayev bu kitabda klassik şair və yazıçılarımızın yaradıcılığının fərqli bir rakursda təqdim olunduğunu deyib. O bildirib ki, ədəbiyyatımıza multikultural dəyərlər istiqamətindən baxış onun əzəmətini müəyyənləşdirən təməl meyarlardan biridir. Sonra dövlət müşaviri görüş iştirakçılarının, o cümlədən tələbələrin çoxsaylı suallarını cavablandırıb və müəllifi olduğu, eləcə də redaktorluğu ilə çıxan müxtəlif kitabları ali məktəbin kitabxanasına və tələbələrə hədiyyə edib
Rektor E.Qasımov K.Abdullayevə BANM-in “Fəxri qonaq” diplomunu təqdim edib.
А.Зейдуллаева
AccessBank QSC Symantec Endpoint Protection üzrə tender elan edir
AccessBank QSC Cisco ESA + SMARTnet üzrə tender elan edir.
“Yelo Bank” ASC poliqrafiya və çöl reklamı xidmətləri üçün texniki tender elan edir
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Boston Consulting Group: Azərbaycan dünya enerji təhlükəsizliyində əsas rol oynayacaq
AccessBank Masallıda filialının açılması ilə regional şəbəkəsini genişləndirir
AccessBank BMT-nin Qlobal Sazişinə qoşulub
AccessBank 2024-cü ilin 1-cü rübü üzrə maliyyə nəticələrini açıqlayıb
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət