İsrail Cənub Qaz Dəhlizi və Trans Anadolu Qaz kəməri (TANAP) layihələrinə qoşulmaq imkanını nəzərdən keçirir. Bunu İsrailin Azərbaycandakı səfiri Dan Stav “Caspian Energy International Media Group”un prezidenti və baş redaktoru Nataliya Əliyeva ilə görüş zamanı bildirib.
“Caspian European Club”un məlumatında qeyd edilir ki, səfir Cənub Qaz Dəhlizinin böyük əhəmiyyət daşıdığını bildirib. “Biz CQD layihəsinin inkişaf prosesini böyük maraqla izləyirik. İsrail yaxın illərdə qaz hasilatına başlayacaq və müvafiq olaraq CQD və TANAP layihələrinə qoşulmaq məsələsi nəzərdən keçiriləcək. Buna görə energetika məsələsi bizim üçün bu qədər vacibdir”,- deyə D.Stav qeyd edib.
O qeyd edib ki, strateji mövqeyi nəzərə alınmaqla Azərbaycan Avropanın qazla təmin edilməsində vacib rol oynayacaq. “CQD layihəsi həm regional, həm də qlobal əhəmiyyətli layihədir, çünki energetika bəşəriyyətin asılı olduğu vacib mənbələrdən biri olaraq qalır”,- deyə diplomat bildirib.
D.Stav deyib ki, İsrail Azərbaycanda keçirilən iqtisadi islahatları böyük maraqla izləyir. “Biz hesab edirik ki, iqtisadiyyatın şaxələndirilməsi haqqında qərar xüsusən də neftin qiymətlərinin azalması şəraitində çox əhəmiyyətli və aktualdır. İsrail kiçik və orta biznesin inkişaf etdirilməsi sahəsində qarşılıqlı əməkdaşlıq təklif edə bilər”, - deyə səfir bildirib və əlavə edib ki, Azərbaycanla əməkdaşlığın inkişaf etdirilməsi üçün bir çox sahələr mövcuddur..
Səfir kənd təsərrüfatı sahəsini xüsusilə qeyd edib. “Mən hesab edirəm ki, Azərbaycanda bu sahənin inkişafı üçün yaxşı şərait var, torpaq zəngindir, su, müxtəlif iqlim və işgüzar insanlar var. Hesab edirəm ki, bizim texnologiyamız və torpaqla bağlı təcrübəmiz Azərbaycanda kənd təsərrüfatının çiçəklənməsinə kömək edə bilər”,- deyə D.Stav qeyd edib.
Onun sözlərinə görə, Azərbaycanda yeniliklər, siyasətə və tənzimlənməyə dəyişikliklərlə bağlı bütün məlumatlar İsrailin müvafiq idarələrinə verilib, xüsusilə İqtisadiyyat və Xarici İşlər nazirlikləri məlumatlandırılıb.
N.Abbasova
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Boston Consulting Group: Azərbaycan dünya enerji təhlükəsizliyində əsas rol oynayacaq
AccessBank BMT-nin Qlobal Sazişinə qoşulub
AccessBank 2024-cü ilin 1-cü rübü üzrə maliyyə nəticələrini açıqlayıb
Yelo Bank birinci rübü 14 milyon manat xalis mənfəətlə yekunlaşdırıb
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət