Son illər Azərbaycan iqtisadiyyatın inkişafı sayəsində sosial siyasətin həyata keçirilməsi ilə yanaşı, ölkənin təhlükəsizlik məsələlərinə də böyük diqqət ayırır. Azərbaycan ərazilərinin 20%-ni işğal edən qonşu Ermənistanla münaqişə şəraitində olmasını nəzərə alaraq, ölkə rəhbərliyi Silahlı Qüvvələrin tələbatının ödənilməsinə iri həcmdə vəsait sərf edir. Belə ki, 2016-cı ilin dövlət büdcəsində müdafiə xərcləri 2 mlrd. 228 mln. 864 min 663 manat səviyyəsində nəzərdə tutulur.
Vəsait həm hərbçilərin sosial ehtiyaclarının təminatı, həm də yeni növ silahların alınması, o cümlədən ordunun maddi-texniki və arxa cəbhənin təminatı üçün nəzərdə tutulan qaydada bölüşdürülür.
Sirr deyil ki, Silahlı Qüvvələrin tərkib hissəsi olan arxa cəbhənin təminatı ordunun təminatı üçün nəzərdə tutulan qüvvə və vəsaitin məcmusudur.
O, gündəlik olaraq qoşunların və donanma qüvvələrinin arxa cəbhədə hərtərəfli təminatını həyata keçirir və Silahlı Qüvvələr üçün zəruri maddi ehtiyatlara malikdir. Əsas səyləri respublikanın digər qoşunları və hərbi birləşmələri ilə birgə düşmənin qarşısını almaq üçün daim hazır vəziyyətdə olmaq, əmr aldığı zaman isə ölkənin işğal olunmuş ərazilərini azad edən ordunun mühafizəsinin təmin olunmasına yönəlib.
Müdafiə Nazirliyinin təşəbbüsü ilə jurnalistlər üçün respublikanın Silahlı Qüvvələrinin arxa cəbhənin təminatı üzrə hissələrindən birinə tur təşkil olunub. Mətbuat nümayəndələri üçün Mərkəzi Əşya Bazası və Mərkəzi Ərzaq Anbarının işi və oradakı şəraitlə əyani tanış olmaq üçün şərait yaradılıb.
Gigiyena
Bu xidmət Mərkəzi Əşya Bazasının ərazisində fəaliyyət göstərir. Burada camaşırların yuyulması, qurudulması, ütülənməsi və polietilen steril paketlərdə qablaşdırılaraq hərbi qulluqçuların istifadəsi üçün hərbi hissələrə çatdırılması həyata keçirilir. Hamam-camaşırxana təminatı yalnız Bakıda deyil, həm də respublikanın digər regionlarında, həmçinin cəbhəyanı bölgələrdə də fəaliyyət göstərir. Bundan başqa, hamam-camaşırxana təminatına xidmət keçən hərbi qulluqçuların müntəzəm olaraq hər həftə hamamda çimmələrinin təşkili də daxildir.
Azərbaycan hərbçilərinin geyim formaları və digər geyimlərinin hazırlanmasında kosmik şəkillərdən istifadə olunub
Hərbçilərin hərbi geyim forması Azərbaycan prezientinin fərmanı ilə təsdiq olunub, müdafiə nazirinin əmri ilə isə hərbi qulluqçular və hərbi məktəb və akademiya tələbələri üçün "Azərbaycan Respublikası Silahlı Qüvvələri hərbi qulluqçularının hərbi geyim
formasını daşıma Qaydaları" müəyyən edilib.
Əgər müstəqilliyin ilk illərində hərbçilər praktiki olaraq eyni forma daşıyırdılarsa, bu gün artıq vətən müdafiəçiləri xidmət keçdikləri yerin relyefi və iqliminə uyğun geyinirlər.
Bu gün ölkə rəhbərliyi hərbi qulluqçuların hərbi geyim
formasının hazırlanması zamanı yeni texniologiyalardan istifadə edir. Hərbçilərin yüksək səviyyədə maskalanmasına nail olmaq məqsədilə bu və ya digər ərazinin kosmik şəkillərindən istifadə olunub. İddialara görə, bu gün hərbi qulluqçuların hərbi geyim
forması rəqəmsaldır.
Geyimin tikilişi və dizaynı Azərbaycanda müəyyən edilir. Yəni, geyim Müdafiə Nazirliyinin tenderində qalib olan yerli müəssisələrdə tikilir.
Hərbi geyimdən başqa, yerli müəssisələrdə hərbçilər üçün “MN” nişanlı yataq və hamam dəstləri də hazırlanır.
Əgər əvvəllər bütün əl dəsmalları eyni ölçüdə olurdusa, bu gün hərbi qulluqçular üçün əl və hamam dəsmalları ayrı-ayrılıqda hazırlanır. Həmçinin insan pəncəsinin əks olunduğu ayaq dəsmalları da hazırlanır.
Razılaşdırılmadan qəbul olunmayacaq
MƏB-in laboratoriyaları müasir tələblərə cavab verən avadanlıqla təchiz olunub. Laboratoriyalarda çalışan nazirlik mütəxəssisləri daxil olan malın keyfiyyət və standartlara uyğunluğu yoxlanıldıqdan sonra onun qəbuluna razılıq verirlər.
Misal üçün, daxil olan çəkmələrin genəldilməsi, sıxılması, xüsusi aparat vasitəsilə suya davamlılığı yoxlanılır. Digər aparatda sürtünmə vasitəsilə geyimin keyfiyyəti yoxlanılır. Daxil olan malların yoxlanılması üçün laboratoriyada kifayət qədər bənzər aqreqat var.
Bununla yanaşı, MƏA-nın ərazisində fəaliyyət göstərən laboratoriyada hərbi qulluqçular üçün daxil olan bütün növ ərzaq məhsullarının fiziki-kimyəvi, bakterioloji, radioloji, toksikoloji, orqanoleptik və digər analizləri həyata keçirilir. Yalnız keyfiyyəti yoxlanıldıqdan və müvafiq sertifikat verildikdən sonra onlar respublikanın hərbi hissələri arasında paylanır.
Məlum olub ki, nazirlik ərzaq məhsullarının bir hissəsini yardımçı təsərrüfatdan, digər hissəsini isə müəyyən şirkətlərlə imzalanan müqavilə vasitəsilə əldə edir.
Nazirliyin anbarlarında dünyanın müxtəlif ölkələrindən ərzaq məhsulları görmək mümkündür. Misal üçün, düyü Tayland, yarma Rusiya, qənd və digər ərzaqlar Azərbaycan istehsalıdır. Müdafiə Nazirliyinin sifarişi ilə istehsal olunan mallarda “Satışı qadağandır” və “Müdafiə Nazirliyinin əmlakı” yazıları öz əksini tapıb. Yardımçı təsərrüfatlarda isə kələm, kök, göyərti və digər tərəvəzlər yetişdirilir.
Sonda qeyd edək ki, bu gün nazirlik mülki strukturları da arxa cəbhənin təminatı sisteminə uğurla inteqrasiya edir. Belə ki, hərbi qulluqçulara yemək hazırlamaq üçün mülki şəxslər işə qəbul olunur. Bu, bir tərəfdən şəxsi heyəti keyfiyyətli qida ilə təmin etməyə imkan verir və digər tərəfdən hərbi qulluqçuların hərbi hazırlıq tədbirlərdən ayrılmasını azaldır.
Beləliklə, arxa cəbhə təminatı işğal olunmuş ərazilərin azad edilməsi üçün hərbi əməliyyatların başlandığı halda ordunu dəstəkləməyə tam hazır vəziyyətdədir.
Fərdin İsazadə
AccessBank QSC Symantec Endpoint Protection üzrə tender elan edir
AccessBank QSC Cisco ESA + SMARTnet üzrə tender elan edir.
“Yelo Bank” ASC poliqrafiya və çöl reklamı xidmətləri üçün texniki tender elan edir
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Dünyanın ən məşhur idman və əyləncə kanalları indi “CityNet”də!
Azər Türk Bank daha bir filialını istifadəyə verdi
AccessBank Masallıda filialının açılması ilə regional şəbəkəsini genişləndirir
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət