2015-ci ildə nəqliyyat vasitələrinin idarə olunması üçün sürücülük vəsiqəsi alan qadınların sayı 8521 nəfərə çatıb. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə 8 mart - Beynəlxalq Qadınlar Günü ilə bağlı Dövlət Statistikas Komitəsindən məlumat verilib.
Statistik məlumatlara əsasən, nəqliyyat vasitələrinin idarə olunması üçün sürücülük vəsiqəsi alan qadınların sayı ildən-ilə artır. Belə ki, 2008-ci ildə onların sayı 6187 nəfər olduğu halda, 2015-ci ildə 8521 nəfərə çatır.
2016-cı ilin yanvar ayının əvvəlinə ölkə əhalisinin ümumi sayının 50,2%-ni və ya 4 mln. 870 min nəfərini qadınlar təşkil edib. Qadınların 54,8%-i nəsilvermə qabiliyyətinə malikdir və orta hesabla hər 10 qadın dünyaya 21 uşaq gətirir.
Ötən il doğulmuş 166,2 min körpənin 46,8%-ni qız uşaqları təşkil edib.
Hazırda ölkədə 20 doğum evi, 138 qadın məsləhətxanası, 251 uşaq poliklinikası fəaliyyət göstərir.
Statistik məlumatlara əsasən, ölkənin sosial-iqtisadi həyatında fəal iştirak edən Azərbaycan qadınlarının məşğul əhalinin ümumi sayındakı xüsusi çəkisi 48,5%-dir. Ölkənin ümumi təhsil müəssisələrində müəllimlərin 78,5%-i, orta ixtisas təhsil müəssisələrində 78,6%-i, ali təhsil müəssisələrində 52%-i, həkimlərin isə 65%-i qadınlardır.
Ümumi təhsil müəssisələrində şagirdlərin 46%-i, orta ixtisas təhsil müəssisələrində oxuyanların 66,7%-i, ali təhsil müəssisələrinin tələbələrinin 48,8%-i qızlardır.
Elmi işçilərin 53,5%-ni qadınlar təşkil edir. Son 5 ildə həm elmlər doktoru, həm də fəlsəfə doktoru dərəcəsi olan qadınların sayı 2,3 dəfə artıb.
Dövlət qulluğunda çalışanlar arasında qadınların xüsusi çəkisi 28,9%, sahibkarlar arasında isə 19,7%-dir. Bədən tərbiyəsi və idmanla məşğul olanların 40,6%-i qadınlardır.
Parlamentdə qadınların xüsusi çəkisi 16,9%-ə çatıb.
Son bələdiyyə seçkilərində bələdiyyə üzvü seçilmiş qadınların sayı 6 dəfə artaraq 5236 nəfərə çatıb və bələdiyyə üzvləri arasında onların xüsusi çəkisi 35% olub.
A.Zeydullayeva
AccessBank QSC Symantec Endpoint Protection üzrə tender elan edir
AccessBank QSC Cisco ESA + SMARTnet üzrə tender elan edir.
“Yelo Bank” ASC poliqrafiya və çöl reklamı xidmətləri üçün texniki tender elan edir
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Boston Consulting Group: Azərbaycan dünya enerji təhlükəsizliyində əsas rol oynayacaq
AccessBank Masallıda filialının açılması ilə regional şəbəkəsini genişləndirir
AccessBank BMT-nin Qlobal Sazişinə qoşulub
AccessBank 2024-cü ilin 1-cü rübü üzrə maliyyə nəticələrini açıqlayıb
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət