Azərbaycan Milli Elmlər Akademiyası Rəyasət Heyətində “Azərbaycan multikulturalizminin ədəbi-bədii qaynaqları” kitabının təqdimat mərasimi keçirilib. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Bakı Beynəlxalq Multikulturalizm Mərkəzindən məlumat verilib.
Təqdimatdan öncə Rəyasət Heyətinin foyesində AMEA-nınM.Fizulu adına Əlyazmalar İnstitutunun elmi fondunda saxlanılan mövzu ilə bağlı elmi və bədii ədəbiyyat sərgisinə baxış keçirilib.
Tədbirdə çıxış edən AMEA prezidenti, akademik Akif Əlizadə Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin “Azərbaycan multikulturalizminin qaynaqları” seriyasının növbəti nəşri barədə məlumat verib. O, təqdim olunan nəfis tərtibatlı kitabda xalqımızın ən qədim dövrlərdən mənəviyyatına, düşüncəsinə hopmuş tolerantlığın əksi olan ədəbi-bədii nümunələrin toplandığını qeyd edib.
AMEA rəhbəri vurğulayıb ki, 2016-cı ilin ölkəmizdə “Multikulturalizm ili” elan edilməsi tolerantlığın Azərbaycanın dövlət siyasətinə və həyat tərzinə, demokratik dəyərə çevrildiyini bir daha təsdiqləyir. Bu, olduqca mühüm hadisədir və yalnız Azərbaycan üçün deyil, həm də beynəlxalq aləm üçün böyük əhəmiyyət daşıyır.
Sonra çıxış edən AMEA-nın vitse-prezidenti, akademikİsa Həbibbəyli multikulturalizmin tarixindən və multikulturalizm siyasətinin meydana gəlməsindən danışıb. Prezident İlham Əliyevin Azərbaycanda multikulturalizm ənənələrinin qorunmasına yönələn çoxcəhətli siyasətindən söz açan akademik İ.Həbibbəyli bu sahədə ümummilli lider Heydər Əliyevin xidmətlərini xüsusi vurğulayıb. Bildirib ki, ulu öndərin təşəbbüsü ilə bu məsələ hüquqi sənədlərdə, o cümlədən Azərbaycan Respublikasının Konstitusiyasında əksini tapıb. Multikulturalizm siyasətinin əsasını təşkil edən tolerantlıq prinsipi Azərbaycan Konstitusiyasının bir sıra maddələrində aydın təsbit olunub.
Multikulturalizm dəyərlərinin Azərbaycan modeli haqqında danışan akademik İsa Həbibbəyli AMEA-da ötən ildən multikulturalizmlə bağlı elmi araşdırmaların aparıldığını, fəlsəfə doktoru və elmlər doktoru proqramları çərçivəsində elmi fəaliyyətlə məşğul olanlar üçün multikulturalizm üzrə elmi-tədqiqat mövzularının daha çox diqqət mərkəzində saxlanıldığını bildirib.
“Azərbaycan multikulturalizminin ədəbi-bədii qaynaqları” kitabının əhəmiyyətindən danışan akademik bu əsərdə klassik şair və yazıçılarımızın yaradıcılığına fərqli yanaşmanın olduğunu, nəşrin mövzu aktuallığı ilə seçildiyini diqqətə çatdırıb. AMEA-nın vitse-prezidenti qeyd edib ki, kitabda Azərbaycan ədəbiyyatının bütün dövrlərində (1920-ci illərədək) yazıb-yaradan sənətkarların əsərlərində əksini tapan multikultural, tolerant dəyərlər bir kontekst daxilində toplanıb. Oxucu bu nəşrdə klassik şair və yazıçılarımızı tamamilə yeni bir rakursda görəcək.
Bildirilib ki, kitabda 2 dastan və 75 müəllif haqqında kiçik oçerklərdə multikultural dünyagörüşümüz barədə geniş məlumat verilir. Həmçinin bu topluda ərəb-fars sözlərinin və bəzi köhnəlmiş sözlər və terminlərinin də izahı verilir. Kitabın tərtibində 100-ə yaxın elmi və bədii ədəbiyyata istinadlar edilmişdir.
Tədbirdə çıxıç edən Folklor İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü Muxtar İmanov, Ədəbiyyat İnstitutunun elmi işlər üzrə direktor müavini, professor Məmməd Əliyev, Fəlsəfə və Hüquq İnstitutunun elmi işçisi, fəl.ü.f.d. Elsevər Səmədov, Əlyazmalar İnstitutunun elmi katibi, fil.ü.f.d., dosent Əzizağa Nəcəfov nəşrin məziyyətindən danışıblar, kitabın Azərbaycanın multikulturalizm siyasətinə töhfə olduğunu söyləyiblər.
Sonda Azərbaycan Respublikasının Millətlərarası, Multikulturalizm və Dini Məsələlər üzrə Dövlət müşaviri, kitabın elmi redaktoru, “Ön söz” və yekun sözünün müəllifi, akademik Kamal Abdullaçıxış edərək Azərbaycan multikulturalizminin ədəbi-bədii qaynaqları, Azərbaycan multikulturalizminin elmi-fəlsəfi və publisistik qaynaqları, o cümlədən Azərbaycan multikulturalizminin siyasi qaynaqları haqqında danışıb.
A.Zeydullayeva
AccessBank QSC Symantec Endpoint Protection üzrə tender elan edir
AccessBank QSC Cisco ESA + SMARTnet üzrə tender elan edir.
“Yelo Bank” ASC poliqrafiya və çöl reklamı xidmətləri üçün texniki tender elan edir
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Dünyanın ən məşhur idman və əyləncə kanalları indi “CityNet”də!
Azər Türk Bank daha bir filialını istifadəyə verdi
AccessBank Masallıda filialının açılması ilə regional şəbəkəsini genişləndirir
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət