Təhsil Nazirliyinin təşkil etdiyi “Novruz mühazirələri”nin növbəti görüşü martın 10-da Azərbaycan Milli Elmlər Akademiyasında (AMEA) olub. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə AMEA-nın mətbuat xidmətindən məlumat verilib.
GörüşdəFokklor İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü Muxtar İmanovun vəİdarəetmə Sistemləri İnstitutunun direktoru, akademik Telman Əliyevinmühazirələri dinlənilib.
“Novruz fəlsəfəsi” mövzusunda mühazirəsində M.İmanov Novruz bayramının tarixindən, fəlsəfəsindən danışıb, Novruz çərşənbələri haqqında ətraflı məlumat verib. Qeyd olunub ki, Novruz UNESCO-nun qeyri-maddi mədəni irs siyahısına daxil edilib.
“Azərbaycanda informatikanın təşəkkülü və müasir vəziyyəti” mövzusunda mühazirə oxuyan T.Əliyev informasiya və hesablama texnikasının ilk element və qurğularının işlənib hazırlanması, Azərbaycanda informasiya texnologiyaları sahəsinin inkişafı, qazanılan nailiyyətlər barədə məlumat verib.
Alim yeni informasiya texnologiyalarının imkanlarından istifadə etməklə Azərbaycanda neft emalı, nəqliyyat, energetika, həmçinin tikinti sahələrini əhatə edən sistemlərin tədqiqi, yeni texnologiyalar əsasında hazırlanmış seysmoloji cihazların tətbiqi haqqında danışıb.
Qeyd edək ki, “Novruz mühazirələri” “Elmdən təhsilə” təşəbbüsünə uyğun olaraq təşkil edilir və “Təhsil” TV tərəfindən çəkilərək Təhsil Nazirliyinin internet resurslarında yayımlanır.
A.Zeydullayeva
AccessBank QSC Symantec Endpoint Protection üzrə tender elan edir
AccessBank QSC Cisco ESA + SMARTnet üzrə tender elan edir.
“Yelo Bank” ASC poliqrafiya və çöl reklamı xidmətləri üçün texniki tender elan edir
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Boston Consulting Group: Azərbaycan dünya enerji təhlükəsizliyində əsas rol oynayacaq
AccessBank Masallıda filialının açılması ilə regional şəbəkəsini genişləndirir
AccessBank BMT-nin Qlobal Sazişinə qoşulub
AccessBank 2024-cü ilin 1-cü rübü üzrə maliyyə nəticələrini açıqlayıb
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət