Vergilər Nazirliyi respublikada bir sıra malların alışı zamanı əcnəbilər üçün Tax Free sisteminin operator səlahiyyətlərini həyata keçirəcək.
Azərbaycan prezidenti İlham Əliyev əcnəbilər və vətəndaşlığı olmayan şəxslər tərəfindən Azərbaycan Respublikasının ərazisində alınmış istehsal, yaxud kommersiya məqsədləri üçün nəzərdə tutulmayan mallara görə ödənilmiş əlavə dəyər vergisinin qaytarılması Qaydasını təsdiq edib.
Operator bu qayda ilə müəyyən edilmiş hallarda malların satışının rəsmiləşdirilməsi və əlavə dəyər vergisinin qaytarılması işlərini təşkil edir. Həmçinin operator aşağıdakı tələblərə cavab verən proqram təminatının və vahid məlumat bazasının yaradılmasını və idarə edilməsini təmin edir.
Şərtlərə əsasən, Tax Free sistemi yalnız istehsal, yaxud kommersiya məqsədləri üçün nəzərdə tutulmayan və alındığı tarixdən 90 gün müddətində ölkə ərazisindən aparılan istehlak mallarına şamil edilir.
Bununla belə, bu sistem aşağıdakı mallara şamil edilmir: aksizli mallar; ərzaq malları; dərman preparatları və tibbi ləvazimatlar; ölkənin mədəni-tarixi sərvəti hesab edilən, mədəni irsin qorunması üçün mühüm əhəmiyyət kəsb edən mallar; ölkə daxilində satışı ƏDV-dən azad edilən mallar; ixracı üçün lisenziya tələb olunan mallar; çərçivəyə salınmamış, emal edilməmiş və ya çeşidlənməmiş qiymətli daşlar; külçə şəklində qiymətli metallar; müşayiət olunmayan baqajla Azərbaycan Respublikasının ərazisindən aparılan mallar; nəqliyyat vasitələri və onların ehtiyat hissələri; poçt və ya internet xidməti vasitəsilə ixrac edilən mallar.
Sistem həmçinin 14 yaşınadək şəxslər barəsində tətbiq edilmir.
Xəbər verildiyi kimi, əcbəni vətəndaş Tax Free markası ilə mağazalarda malların alışı zamanı Tax Free sisteminin imkanlarından istifadə etməısi barədə satıcıya məlumat verməlidir. Sonra ƏDV-ni qaytarmağa imkan verən elektron hesab-fakturanın doldurulması üçün alıcı xarici vətndaşlığını təsdiq edən pasportu satıcıya təqdim etməlidir. Satıcı alıcının pasport məlumatlarını qeyd edəndən sonra, ona iki nüsxədə imzalanan və ştampı qoyulan elektron vegi hesab-fakturası təqdim edəcək. Digər məlumatlarla yanaşı, həmin hesab-fakturada ödənilən ƏDV-nin məbləği və ƏDV-nin son qaytarılma tarixi qeyd olunur. **
A.Əzizov
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Boston Consulting Group: Azərbaycan dünya enerji təhlükəsizliyində əsas rol oynayacaq
AccessBank Masallıda filialının açılması ilə regional şəbəkəsini genişləndirir
AccessBank BMT-nin Qlobal Sazişinə qoşulub
AccessBank 2024-cü ilin 1-cü rübü üzrə maliyyə nəticələrini açıqlayıb
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət