Azərbaycandan investorlar Truskavetsin infrastrukturuna fəal sərmayə yatırırlar
Agentliyin Andrey Kulçinski ilə müsahibəsi
„İnterfaks-Azərbaycan“ agentliyinin müxbiri ilə söhbəti zamanı Ukraynanın Truskavets kurort şəhərinin meri Andrey Kulçinski fəaliyyəti, inkişaf planları, Azərbaycanla əməkdaşlıq, o cümlədən şəhərin infrastrukturuna sərmayələrimiz barədə məlumat verib.
- Andrey Boqdanoviç, şəhərdə baş verən cari hadisələr barədə məlumat verərdiniz.
- Son zamanlar Truskavetsdə bir çox hadisələr baş verir. Mer kimi, məni əlbəttə ki, şəhərin, küçələrin, sanatoriya-kurort müəssisələrinin vəziyyətini mühüm dərəcədə yaxşıladıracaq infrastruktur layihələri maraqlandırır. Bu istiqamətdə çox işləmişik və bir neçə il ərzində sanatoriya-kurort müəssisələri, mehmanxalara və pansionatların vəziyyətini daha da yaxşılaşdıracaq bir sıra tədbirlər həyata keçirməliyik. Statistikaya nəzər yetirsək, şəhərimizə səfər edən əcnəbilər arasında azərbaycanlılar birinci yerdədir. Baki ilə Kiyev və Lvov arasında hava uçuşları yaxşılaşıb. Sanatoriya-kurort müəssisələrimizin vasitəçisiz Azərbaycanla birbaşa işləmələri üzərində çalışırıq.
Cari ilin aprel ayında Bakıda keçirilən turizm sərgisində şəxsən iştirak etdim. Biz hər vəchlə əməkdaşlıqda çox maraqlı olduğumuzu nümayiş etməyə çalışırıq. Truskavetsdə artıq kiçik Azərbaycan diasporu var, onlar burada yaxşı assimilyasiya olub. İki Azərbaycan mətbəxi restoranı, ticarət mərkəzi fəaliyyət göstərir, mehmanxana inşa edilir. Bunlar Azərbaycan sərmayələri hesabına həyata keçirilir. Biz anlayırıq ki, kənardan daxil olan külli miqdarda pul vəsaiti həm şəhər, həm də turist axını üçün müsbət nəticə olacaq. İnsanlara bura gəlib, özünü evdəki kimi hiss etmək xoşdur. Bunu Azərbaycandan olan investorların həyata keçirməsi daha yaxşıdır.
Truskavetsin meri vəzifəsini icra etdiyim zamandan etibarən investisiya mühitinin yaxşılaşdırılması və sadələşdirilməsi üzrə mühüm addımlar atmışıq. Şəhərin, mehmanxanaların, pansionatların vəziyyətini yaxşılaşdıracaq investisiyaları alqışlayırıq.
- Kurortunuzun spesifik xüsusiyyəti nədən ibarətdir?
- Kurortumuzun özəlliyi ondan ibarətdir ki, biz sidik kanalı, öd kisəsi, həmçinin maddələr mübadiləsi xəstəliklərinin müalicəsi ilə məşğuluq. Həmin xəstəliklərə əksər hallarda cənub ölkələrində rast gəlinir. Bunlar müəyyən bir yerə xas olan xəstəliklərdir. Ötən əsrin 80-ci illərin statistikasını təhlil etsək, Truskavets sanatoriyalarına gələnlərin çoxunun Orta Asiyadan olduğunu görərik. İndi həmin xəstəliklərin sayı artıb, çünki ölkələrimiz arasında hava əlaqəsinin vəziyyəti qənaətbəxş deyil.
Azərbaycanla hava əlaqəsinin daha yaxşı olmasında bəxtimiz gətirib. Yəqin məhz bu səbəbdən Azərbaycandan olan qonaqlar birinci yerdədir. Onların sayı ildən ilə artır. Bu, Azərbaycandan olan insanların maliyyə vəziyyətinin yaxşılaşması deməkdir. İkinci səbəb odur ki, onlara bura səfər etmək xoşdur. Onlar buradakı şəraitdən məmnun qalırlar. Biz buna şadıq.
- Cənab mer, siz Bakıda keçirilən turizm sərgisində iştirak etdiyinizi vurğuladınız...
- Bəli, qeyd etdiyim kimi, Bakıda sərgidə oldum. Azərbaycan prezidenti İlham Əliyev stendimizə yaxınlaşanda şərəf hissi duydum. Onunla söhbət etmək mənə müvəffəq oldu. Hesab edirik ki, ikitərəfli istiqaməti inkişaf etdirmək lazımdır. Bu düzgün addımdır.
- Yeri gəlmişkən, ukraynalı turislətin Azərbaycana cəlb olunması üçün hansı tədbirlər görülür?
- Bir neçə həftə öncə Kiyevdə idim. Ümumdünya Turizm Təşkilatının sədri səfərə gəlmişdi. Bizdə Ukrayna turizm cəmiyyəti yaradılır, düşünürəm bu Ukraynaya turist axınına təsir edəcək.
Lakin, məlumdur ki, insanların maddi vəziyyəti yaxşılaşanda turistlərin də sayı artır. Subyeksiv və obyektiv səsbəblərə görə hələlik Azərbaycanın səviyyəsinə çata bilmirik.
Qeyd etdiyim kimi, bizdə Azərbaycan müəssisələri var. Bununla əlaqədar, biz deyil, azərbaycanlı sahibkarlar yerli sakinlərə Azərbaycan haqqında, orada baş verən hadisələr barədə məlumat verirlər. Yəni onlar ukraynalı turistlər arasında Azərbaycana marağın artırılmasına töhfə verə bilərlər.
- Truskavets daha nə ilə cəlbedicidir? Azərbaycanlılara daha nə təklif edə bilərsiniz?
- Truskavets dənizdən 300 metrə yaxın yüksəklikdə yerləşən, sahəsi 700 hektar təşkil edən kiçik şəhərdir. “Quş uçuşu” yüksəkliyindən nəzər salsaq, şəhərin meşələrin əhatəsində olduğunu görərik. Şəhər dağətəyində yerləşir. Hazırda şəhərin iriləşdirilməsi üzərində işləyirik. Hesab edirik ki, bu bizə lazımdır. Attraksionlar və əlavə əyləncələr kimi, Truskavets üçün bu meşələr və dağlar çox lazımdır. Bura səfər edənlər nəinki Naftus və prosedurlardan keçsinlər, həm də turizm tədbirləri ilə məşğul olsunlar. Misal üçün, velosiped, dağlara piyada turları təşkil edilsin. Bundan başqa, deltaplan və hava şarı turunu inkişaf etdirməy planlaşdırırıq.
İslahatların aparılması zamanı burada çimərliklər və su attraksionları, həm də balıq ovu təşkil etmək üçün böyük gölləri olan bəzi kəndləri birləşdirməyi planlaşdırırıq. Planlarımız çoxdur. Hesab edirəm ki, dünya səviyyəsinə çıxmaq üçün şansımız böyükdür. Əlbəttə ki, investisiyalara ehtiyacımız var. Ancaq planlaşdıranda, cəhd edəndə və bunu çox arzu edəndə, mümkün olmayan heç nə yoxdur.
- Şəhərin həyatında Azərbaycan diasporunun hansı rolu var?
- Azərbaycanlılar mədəni insanlardır. Onlar işləyirlər, nailiyyətlər əldə edirlər. Bu Truskavets üçün çox faydalıdır. Qarşıya yüksək hədəflər qoymaq lazımdır. Əgər qonşun yaxşı işləyib və nəticələr əldə edirsə, bu sənə ilham verir ki, daha artıq uğurlara nail olasan.
- Onlar hansı sahələrdə çalışırlar?
- Qeyd etdiyim kimi, azərbaycanlılar burada iki restoran açıblar. Hazırda ticarət mərkəzinin açılışı olub, Azərbaycan investisiyaları hesabına mehmanxana tikilir. Belə kiçik şəhər üçün bu işlərin həcmi böyükdür. Bundan başqa, faktiki olaraq bir neçə sanatoriya Azərbyacandan turist axını ilə işləyir. Karpatı sanatoriyası burada liderdir. Onlar uzun zamandır Azərbaycanla çalışırlar. Hazır sxemləri var, insanlar hər il bura gəlirlər və məmnun qalırlar. Düşünürəm ki, bu sanatoriya rəhbərliyinin xidmətidir və yaxşı marketinq siyasətinin nəticəsidir.
Qeyd etdiniz ki, azərbaycanlı turistlər Truskavetsə gələn əcnəbilər arasında birinci yeri tuturlar. Onların sayını açıqlaya bilərsinizmi?
Bu, ildə təxminən 3,5-4 min nəfərdir. Ukraynanın şərqində baş verən hadisələrdən sonra bu rəqəm bir qədər azalıb.
Bəs Azərbaycanın Truskavetsə yatırdığı investisiyaların həcmi nə qədərdir?
Bunu demək hələ ki, çətindir.
Azərbaycan investorları Truskavetsdə hansı yeri tuturlar?
Əlbəttə ki, birinci yerdə Ukrayna investorları gəlir. Amma son illərin statistikasına nəzər salsaq, görərik ki, Azərbaycan lider mövqe tutur. Bu yaxınlarda burada Ukrayna investisiyalarının hesabına yeni Delfinariya açılıb, ticarət mərkəzi və mehmanxananın tikintisi isə Azərbaycan investisiyalarının hesabına həyata keçirilir.
Bizdə olan məlumata görə, Truskavetsdə pinqvinariumun açılması da planlaşdırılır...
Xeyr. Bu, pinqvinarium deyil. Yəqin ki, bu, bir aprel zarafatıdır. Biz akvapark açmağı planlaşdırırıq. 2 hektar torpaq sahəmiz var və akvaparkın tikintisi üçün investisiya axtarırıq. Hazırda biz amerikalılarla bu layihə ilə bağlı danışıqlar aparırıq.
Azərbaycanla münasibətlərə qayıtmaq istəyirəm. Truskavets və Azərbaycan şəhərləri arasında qardaşlaşma haqqında müqavilələr imzalanıbmı?
Hələ ki, bizdə belə razılaşma yoxdur. Amma Azərbaycanın kurort şəhəri olan Naftalanla bu istiqamətdə danışıqlar aparmışdıq. Bilirik ki, bu şəhərdə də müalicəxana var və bu, məntiqəuyğun ola bilər.
Bakıya səfərim zamanı çox maraqlı insanlarla tanış oldum. Onlar hətta rayon başçıları ilə tanış olmağı təklif edirdilər. Düşünürəm ki, sanatoriyaların rəhbərləri, məsələn, Naftalan kurortunun rəhbəri ilə birbaşa tanış olmaq daha yaxşı olardı. Bunun üçün bizə bir neçə saat kifayət etməyəcək. Bütün bunları yüksək səviyyədə təşkil etmək üçün günlərlə vaxt lazımdır. Hesab edirəm ki, bizim nə qədər çox qardaşlaşmış şəhərlərimiz olarsa, həm Truskavetsə, həm də qardaşlaşmış şəhərə bir o qədər yaxşı olacaq. Biz hər birimizdə yaxşı inkişaf etmiş istiqamətlərin mübadiləsini apara bilərik. Məsələn, əgər kurortun spesifikası uyğun gəlmirsə, biz Truskavetsdə insanlara Naftalana getməyi təklif edə bilərik.
Azərbaycana səfəriniz zamanı hər hansı razılaşma əldə olundumu?
Biz Bakıda Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Çernobıl Əlilləri Cəmiyyəti, ƏfqanıstanVeteranları İctimai Birliyi və Qarabağ Veteranları Cəmiyyətinin nümayəndələri ilə ünsiyyətdə olduq. Qabaqcadan nəzərdə tutulmuşdu ki, onlar Truskavetsə müalicəyə gələ bilərlər. Dövlət onlara sosial təminat verir, həm Azərbaycanda, həm də ölkə xaricində dincəlmək və öz sağlamlığını bərpa etmək üçün imkan yaradır. Prinsip etibarilə onlar Truskavetsdə olmaqda da maraqlıdırlar.
Gələn il Truskavets iki əlamətdar tarixi qeyd edəcək. Şəhər bayram günlərində turistləri qəbul etməyə hazırdırmı?
Bayram tədbirləri demək olar ki, il boyu keçiriləcək. Biz indi turistlər üçün daim maraq kəsb etməli olan istiqamətlər hazırlayırıq. Bu, konsertlər, festivallar və ya hansısa başqa tədbirlərdir. İnsanlar Truskavetsə müsbət emosiyalarla gəlməli və eyni xoş hisslərlə də buradan ayrılmalıdırlar. Bu isə həm onların alacağı müalicə, həm də iştirak edəcəkləri tədbirlər sayəsində mümkün olacaq.
Bilavasitə bayramlara gəlincə, 2017-ci il iyunun üçüncü bazar günü Truskavetsdə böyük tədbirlər keçiriləcək. Bu, 10 ildə bir dəfə keçirilən əlamətdar tarixdir – kəndin salınmasının 590 və ilk müalicəxananın yaradılmasının 190 illiyi tamam olur.
Andrey Boqdanoviç, təhlükəsizliklə bağlı məsələ nə yerdədir?
Biz bu məsələyə böyük diqqət ayırırıq. Bizdə küçələrdə çoxlu sayda müşahidə kameraları quraşdırılıb. Masamın üzərindəki monitor vasitəsilə isə şəhərdə baş verən hadisələri görürəm. Bütün bunlar DİN-in yerli yerli idarəsində də təsbit edilib. Bundan başqa, biz tibbi təhlükəsizliyə də çox böyük diqqət ayırırıq. Xəstəxanalara böyük vəsaitlər qoymuşuq. Naftusyadan istifadə zamanı yarana biləcək istənilən ağırlaşmalarla mübarizə aparmağa imkan verən çox yaxşı avadanlıqlarımız var. Düzdür, bu ağırlaşmaların faizi çox aşağıdır. Amma onsuz da əvvəllər xəstəliyi ağırlaşmış xəstələri Lvova, Kiyevə aparırdılar. İndi bizdə yüksək ixtisaslı mütəxəssislər işləyir və biz bütün bu məsələləri Truskavetsdə həll edirik.
Sanatoriyalar da təhlükəsizlik məsələlərinə çox böyük diqqət ayırır. Onlarda mühafizə xidməti çox yaxşı təşkil olunub, çoxlu sayda video müşahidə kameraları quraşdırılıb. Bunu düzgün hesab edirəm, çünki təhlükəsizlik insanların gedib-getməməklə bağlı qərar verdikləri an qarşıda duran birinci dərəcəli məsələdir.
Bütövlükdə Qərbi Ukraynada ictimai-siyasi vəziyyəti necə qiymətləndirirsiniz?
Çox şükür ki, hər şey yaxşıdır. Qərbi Ukrayna, döyüşkən ruhlu olmağımız, əcdadlarımız haqqında çoxlu şayiələr yayılıb. Qərbi Ukrayna əhalisi ölkənin şərqindəki əhali ilə müqayisədə daha sülsevərdir. Hətta əgər Truskavetsi götürsək, bizdə heç vaxt sağ radikalçıların hər hansı bir yürüşü keçirilməyib və ya insanlar ifrat millətçilik tədbirlərinə sövq edilməyib. Bundan başqa, Truskavetsdə rus dilində danışanların sayı daha çoxdur. Bizdə verbal əngəl də yoxdur.
KİV-in benderçilər, faşistlərlə bağlı spekulyasiyası nağıldan başqa bir şey deyil. Bu, son dərəcə şişirdilmiş mövzudur.
Bəs Rusiyadan turist axını varmı?
Hazırda olduqca azdır. Əgər ölkənin şərqində baş verən hadisələrə qədər təxminən 30 min turist gəlirdisə, indi bu rəqəm təxminən 2 min nəfər təşkil edir. Bura gələn insanlar ya ukrayna dilində danışanlar, ya da Truskavetsi sevənlərdir. Onlar heç nədən qorxmurlar və Truskavetsə gəlirlər.
Biz onlara liberal yanaşırıq. Gəlib, gəlib də. Xoş gəlib. Turistin hansı ölkədən gəlməsi ikinci dərəcəli məsələdir. Hesab edirəm ki, bu, müzakirə mövzusu deyil. Bütün bunlar siyasət səviyyəsində qızışır. Sadəcə belə mövzularla spekulyasiya edirlər.
Ayırdığınız vaxta görə Sizə bir daha təşəkkür edirəm.
Siz sağ olun.
Söhbət etdi Fərdin İsazadə
AccessBank QSC Symantec Endpoint Protection üzrə tender elan edir
AccessBank QSC Cisco ESA + SMARTnet üzrə tender elan edir.
“Yelo Bank” ASC poliqrafiya və çöl reklamı xidmətləri üçün texniki tender elan edir
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
AccessBank Masallıda filialının açılması ilə regional şəbəkəsini genişləndirir
AccessBank BMT-nin Qlobal Sazişinə qoşulub
AccessBank 2024-cü ilin 1-cü rübü üzrə maliyyə nəticələrini açıqlayıb
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət