2016-cı ilin I yarısında Azərbaycana 682,8 min ton buğda idxal edilib ki, bu da ötən ilin müvafiq dövrünün göstəricisindən 14,7% azdır. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Dövlət Statistika Komitəsindən məlumat verilib.
Məlumata əsasən, respublikaya idxal olunmuş buğdanın ümumi dəyəri $129 mln. 132,6 min (azalma 31,1%) təşkil edib.
Hesabat dövründə Azərbaycana $55 mln. 235 min dəyərində 131,4 min ton şəkər xammalı və şəkər (artım 8,8%), $61 mln. 661,4 min dəyərində 71 min 4,3 ton bitki yağı (artım 19,6%), $18 mln. 673,4 min dəyərində 5 min 537,2 ton çay (artım 1,9 dəfə), $27 mln. 569,5 min dəyərində 7 min 801,7 ton kərə yağı və süd (artım 26,3%) idxal edilib.
I yarımillikdə respublikaya $32 mln. 277,1 min dəyərində 37 min 359,8 ton meyvə (azalma 5,3%), $14 mln. 838,1 min dəyərində 39 min 876,7 ton tərəvəz (artım 1,9), $20 mln. 647,1 min dəyərində 110,6 min ton kartof (artım 41,1%) idxal edilib.
Həmçinin hesabat dövründə Azərbaycana $6 mln. 124,8 min dəyərində 2 min 329,7 ton mal əti (azalma 31,5%), $6 mln. 159,1 min dəyərində 7 min 712,6 ton quş əti və digər ət məmulatları (artım 2,6 dəfə) gətirilib.
2016-cı ilin I yarısında ölkədən $83 mln. 575,8 min dəyərində (artım 61,5%) 91 min 43,5 ton tərəvəz (artım 43,9%), $67 mln. 58,3 dəyərində (artım 26,9%) 36 min 361,7 ton meyvə (artım 11,4%), $15 mln. 772,7 min dəyərində (azalma 24,4%) 38 min 198,7 ton kartof (artım 4,6%), $3 mln. 242,9 min dəyərində (azalma 59,1%) 605,7 ton çay (azalma 65%) ixrac edilib.
Bundan başqa, qeyd olunan dövrdə Azərbaycandan $29 mln. 368,8 min dəyərində (azalma 70,1%) 51,335 min ton şəkər (azalma 44,9%), $5 mln. 9 min dəyərində (azalma 83,4%) 4 min 807,6 ton bitki yağı (azalma 60,6%) ixrac edilib.*
N.Abbasova
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Dünyanın ən məşhur idman və əyləncə kanalları indi “CityNet”də!
Azər Türk Bank daha bir filialını istifadəyə verdi
AccessBank Masallıda filialının açılması ilə regional şəbəkəsini genişləndirir
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət