Xarici ali məktəblərdə "Azərbaycan multikulturalizmi" fənninin tədrisi genişlənəcək. Bu barədə Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin (BBMM) icraçı direktoru Azad Məmmədov məlumat verib.
«Multikulturalizmin Azərbaycan modelinin təbliği məqsədi ilə Azərbaycanın və xarici ölkələrin ali məktəblərində "Azərbaycan multikulturalizmi" fənni tədris olunmağa başlayıb”, - deyə A.Məmmədov bu gün mətbuat konfransında qeyd edib.
Onun sözlərinə görə, "Azərbaycan multikulturalizmi" fənni ölkənin onlarla ali məktəbində tədris olunur, bu fənn üzrə tədris proqramı Təhsil Nazirliyi tərəfindən təsdiq edilib.
"Eyni zamanda biz multikulturalizmin Azərbaycan modelinin bütün dünyada təbliğ edilməsi məqsədi ilə xarici universitetlərdə də bu proqramın tədrisini təşkil etmək istəyirik. Əlbəttə, ilk növbədə, biz buna postsovet məkanında, eləcə də bir sıra Avropa dövlətlərində nail olmuşuq", - deyə icraçı direktor vurğulayıb.
O deyib ki, Mərkəz bu fənnin yalnız Avrasiya qitəsində tədrisi ilə kifayətlənməyi planlaşdırmır. "Azərbaycan multikulturalizmi" artıq İndoneziyada da tədris olunur. Gələcəkdə fənnin Amerika qitəsində, o cümlədən ABŞ-ın aparıcı universitetlərindən birində də tədrisini təşkil etmək niyyətindəyik. Biz bu istiqamətdə müxtəlif mexanizmlərdən istifadə edir, yerli və xarici müəllim və tələbələrin iştirakı ilə yay və qış məktəbləri təşkil edirik", - deyə A.Məmmədov əlavə edib.
O qeyd edib ki, "Azərbaycan multikulturalizmi" dərsliyinin hazırlanması prosesinə başlanılıb. "Tezliklə müvafiq dərsliyin hazır olacağı gözlənilir", - deyə Mərkəzin icraçı direktoru vurğulayıb.
«Əgər 2015/2016-cı dərs ilində "Azərbaycan multikulturalizmi" fənni 28 yerli ali məktəbdə tədris olunurdusa, 2016/2017-ci tədris ilində belə universitetlərin sayı 38 olacaq. Söhbət həm dövlət, həm də özəl universitetlərdən gedir", - deyə BBMM-in Layihə şöbəsinin rəhbəri Sərxanbəy Xudiyev bildirib.
Onun sözlərinə görə, bu fənn həmçinin 15-ə yaxın xarici ali məktəbdə (Türkiyə, Ukrayna, Gürcüstan, Almaniya, İndoneziya, Polşa, İtaliya, Portuqaliya, Çexiya, Litva, İsveçrə, Rusiya, Belarus və Bolqarıstanın ali məktəblərində) tədris olunur. İtaliya, eləcə də Sinqapur və Malayziyanın bir neçə universiteti də fənnə maraq göstərir", - deyə o əlavə edib.
S.Xudiyevin sözlərinə görə, hazırda ölkənin ali məktəblərində "Azərbaycan multikulturalizmi" kafedralarının açılması istiqamətində iş aparılır.*
R.Babayev
Ermənilər Azərbaycan Ordusunun mövqelərini atəşə tutub
Bayramov Türkiyənin yeni XİN başçısını təbrik və Azərbaycana səfərə dəvət edib
“FlyArystan” Astana-Bakı istiqaməti üzrə uçuşa başlayıb
İyulda “Azər-Türk Bank” səhmdarların ümumi yığıncağını çağırır
Ermənistan Rusiya ixracını əvəzləmək üçün silah almaq yollarını tapıb
Qriqoryan: KTMT-yə üzvlüyü Ermənistan üçün problemlər yaradır
Boston Consulting Group: Azərbaycan dünya enerji təhlükəsizliyində əsas rol oynayacaq
Azərbaycan “Accor” qrupu üçün əsas inkişaf bazarlarından biridir
AccessBank yeni konseptli növbəti filialını təqdim etdi
Yayda Bakıda beynəlxalq kənd təsərrüfatı konfransı keçiriləcək
31 may-3 iyun tarixlərində Bakıda “Caspian Oil&Gas” sərgisi keçiriləcək
Noyabrın sonunda Bakıda Beynəlxalq Bankçılıq Forumu keçiriləcək