İndoneziyaAzərbaycanla iqtisadiyyat sahəsində əməkdaşlığın inkişaf etdirilməsində, AZAL ilə "İndonesian Airlines" arasında əməkdaşlığın qurulmasında maraqlıdır. Bu sözləri İndoneziyanın Azərbaycandakı səfiri Hüsnan Fanani "Caspian Energy İnternational Media Group"un prezidenti və baş redaktoru Natalya Əliyeva ilə görüşdə deyib.
«İqtisadiyyat sahəsində əməkdaşlığı inkişaf etdirmək istəyiriksə, o zaman Bakı və Cakarta, Cakarta və Bakı arasında yaxşı nəqliyyat əlaqələri, həmçinin AZAL ilə "İndonesian Airlines" arasında əməkdaşlıq qurmalıyıq”. “İndoneziya və Azərbaycan arasında İndoneziya və Türkiyə arasındakı birbaşa reysə bənzər uçuşlar təşkil etməliyik. Bu yolla biz Azərbaycana çoxlu sayda indoneziyalı turist cəlb edə bilərik”, - deyə səfir bildirib.
O, həmçinin vətəndaşların bir-birlərinin ölkəsinə qarşılıqlı səfərlərin artımı ilə bağlı da bəzi vacib məqamları qeyd edib. “Biz hər gün insanları Ümrəyə (Həcc) ziyarətə göndəririk. Biz onları İndoneziyaya yaxşı nizamlanmış tranzit məntəqələrin alternativi olaraq Azərbaycan vasitəsilə də geri qaytara bilərik”, - deyə H.Fanani qeyd edib.
Səfirin fikrincə, bu, təkcə turizm sahəsində əməkdaşlığın gələcək inkişafında deyil, həm də İndoneziya ilə Azərbaycan arasında məlumatlılığın və anlayışın müəyyən səviyyəyə yüksəlməsi baxımından da yardımçı olacaq.*
N.Abbasova
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Dünyanın ən məşhur idman və əyləncə kanalları indi “CityNet”də!
Azər Türk Bank daha bir filialını istifadəyə verdi
AccessBank Masallıda filialının açılması ilə regional şəbəkəsini genişləndirir
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət