Azərbaycanın müdafiə naziri, general-polkovnik Zakir Həsənov Bakı və Daşkənd arasında müdafiə sahəsində əməkdaşlığın inkişafının vacibliyini qeyd edir. Bu barədə Müdafiə Nazirliyinin mətbuat xidməti məlumat yayıb.
«Azərbaycan-Özbəkistan əməkdaşlığı möhkəm dostluq üzərində qurulub və bu əlaqələr daim genişlənir. Ölkələrimiz arasında müxtəlif istiqamətlərdə, o cümlədən müdafiə sahəsində əməkdaşlığın yüksək səviyyədə inkişaf etdirilməsi vacibdir»,- deyə o, Daşkənddə özbəkistanlı həmkarı, general-polkovnik Kabul Berdiyevlə görüşdə bildirib.
Regiondakı hərbi-siyasi vəziyyətə toxunan azərbaycanlı nazir vurğulayıb ki, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi bölgədə təhlükəsizliyə və sabitliyə əsas təhdiddir. Bu münaqişə beynəlxalq hüququn normaları və prinsipləri çərçivəsində, BMT Təhlükəsizlik Şurasının müvafiq qətnamələrinə uyğun həll olunmalıdır. Münaqişə ilə bağlı mövcud status-kvo isə qəbuledilməzdir.
Nazir K.Berdiyev də öz növbəsində Özbəkistanın və Azərbaycanın vacib tərəfdaşlar olduqlarını vurğulayıb.
Görüşdə Azərbaycanla Özbəkistan arasında hərbi, hərbi-texniki, hərbi-təhsil sahələrində əməkdaşlığın perspektivləri, o cümlədən təcrübə mübadiləsi və qarşılıqlı maraq doğuran digər məsələlər də müzakirə olunub.
Rəsmi səfər çərçivəsində Müdafiə Nazirliyinin nümayəndə heyəti Özbəkistan Silahlı Qüvvələrinin Akademiyası və Daşkənd Ali Ümumqoşun Komandirlər Məktəbini də ziyarət edib.*
F.İsazadə
AccessBank QSC Symantec Endpoint Protection üzrə tender elan edir
AccessBank QSC Cisco ESA + SMARTnet üzrə tender elan edir.
“Yelo Bank” ASC poliqrafiya və çöl reklamı xidmətləri üçün texniki tender elan edir
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Dünyanın ən məşhur idman və əyləncə kanalları indi “CityNet”də!
Azər Türk Bank daha bir filialını istifadəyə verdi
AccessBank Masallıda filialının açılması ilə regional şəbəkəsini genişləndirir
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət