“Azərbaycan Dəmir Yolları” QSC (ADY) və “Rusaqrotrans” “Azrustrans” birgə müəssisə yaradıblar. Bu barədə Rusiyanın “Vedomosti” qəzeti məlumat verir.
Məlumata əsasən, “Azrustrans” 6 sentyabr 2016-cı ildə Bakıda qeydiyyatdan keçib. Səhmlərinin 51%-i ADY, 49%-i “Rusaqrotrans”a məxsusdur. “Azrustrans” hər iki tərəfdən taxıldaşıyanlar icarəyə götürəcək. Daha sonra müəssisənin öz parkı olacaq. Tələbat - 2,5 - 3 min taxıldaşıyandan ibarətdir. “Azrustrans” regionda ən iri ixtisaslaşmış vaqon parkına malik olacaq.
“Azrustrans” fəaliyyətində İran, həmçinin Türkiyənin şərqinə istiqamətlənəcək. Türkiyənin bütün unüyüdən müəssisələrinin 25-30%-i burada yerləşir: yaxın zamanda şirkət 1-1,5 mln. ton tədarük edə biləcək, Türkiyə və İranın bazar potensialı isə çox böyükdür.
“Bu səbəbdən, tərəfdaşlar Azərbaycan və İran sərhədində genişləndirmək imkanı ilə illik 30 min ton həcmli taxıl terminalı inşa etməyi planlaşdırırlar. “Azrustrans”ın taxıl terminalı İranın ən iri Banbarabas limanı üçün yükboşaltma məntəqəsi kimi fəaliyyət göstərə biləcək. Buradab taxıl Səudiyyə Ərəbistanı, Dubay, Misir və s. ölkələrə göndəriləcək. Layihə $20–30 mln. məbləğində qiymətləndirilir”, - deyə qəzet qeyd edir.
Rusiya tərəfi ümid edir ki, “Azrustrans” dəniz ilə yükdaşımaları öz üzərinə götürəcək. Bu halda illik 2,5 mln.ton taxıl göndərmək mümkündür. Taxılın dəmir yolu ilə daşınması 15-20% ucuz və daha tez başa gəlir: Azov-Qara dəniz hövzəsindən İrana - 30-36 gün, Xəzərin limanlarından - 16 gün, quru ilə - 5-6 gün. Quru ilə ixrac daha tez və təhlükəsizdir. Rusiya taxılı rəqabətədavamlı olacaq, İrana tədarükün həcmi illik 2-2,5 mln. tona çata bilər”, - deyə qəzet vurğulayır. **
A.Əzizov
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Dünyanın ən məşhur idman və əyləncə kanalları indi “CityNet”də!
Azər Türk Bank daha bir filialını istifadəyə verdi
AccessBank Masallıda filialının açılması ilə regional şəbəkəsini genişləndirir
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət