“VTB Bank (Azerbaijan)” ASC Bakıda filial şəbəkəsini genişləndirir. Bu barədə bankdan məlumat verilib.
“Bakıda “VTB Bank (Azerbaijan)”ın yeni ofisi – “Elmlər” filialı açılıb. Filial H.Cavid prospekti 32 ünvanında, “Elmlər Akademiyası” metro stansiyası yaxınlığında yerləşir”, - deyə məlumatda deyilir.
Bu, bankın 15-ci, Bakıda isə 14-cü filialıdır.
“Elmlər” filialı fərdi sahibkarlara, hüquqi və fiziki şəxslərə geniş spektrdə bank xidmətləri təklif edir. Müştərilərə cari və depozit hesabların açılması, plastik kartların sifarişi, ölkə daxilinə və xaricə pul göndərilməsi və alınması, hesablaşma-kassa əməliyyatları üzrə xidmətlər təklif edilir. Filialda kiçik və orta sahibkarlığın inkişafına yönəlmiş maliyyə xidmətlərinə xüsusi diqqət yetiriləcək.
“Elmlər” filialının üstünlüklərindən biri seyft qutularının icarəsi üzrə xidmətin göstərilməsidir. Müştərilər sənədlərini, zinət əşyalarını, pullarını və digər qiymətli əşyalarını güvənli və təhlükəsiz şəraitdə qoruyub saxlamaq üçün müxtəlif həcmli depozit qutularını icarəyə götürə bilər.
“Paytaxtın sıx əhalisi olan hissələrindən birində yeni filialın açılması bankın inkişaf strategiyasına uyğundur. Məqsədimiz Azərbaycan sahibkarları üçün əsas tərəfdaş bank olmaqdır. Müştəri və tərəfdaşlarımızın rahatlığını təmin etmək üçün biz, filial şəbəkəmizin yaxşılaşdırması və müasirləşdirilməsi siyasətimizi davam edəcəyik”- deyə, “VTB Bank (Azerbaijan)”ın idarə heyətinin üzvü, korporativ biznesin inkişafı departamentinin direktoru İqor Okayev bildirib. **
A.Axundov
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Boston Consulting Group: Azərbaycan dünya enerji təhlükəsizliyində əsas rol oynayacaq
AccessBank BMT-nin Qlobal Sazişinə qoşulub
AccessBank 2024-cü ilin 1-cü rübü üzrə maliyyə nəticələrini açıqlayıb
Yelo Bank birinci rübü 14 milyon manat xalis mənfəətlə yekunlaşdırıb
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət