Energetika naziri Natiq Əliyev hesab edir ki, ABŞ, Birləşmiş Krallıq, Çin, Hindistan, Vyetnam, Sudan, Suriya və s. bu kimi ölkələri neft bazarının tənzimlənməsi prosesinə cəlb etmədən neft bazarında tarazlığa nail olmaq o qədər də inandırıcı deyil.
«Tənzimləmə prosesində qeyri-OPEC dairəsini müəyyən sayda ölkə ilə məhdudlaşdırıb ABŞ, Birləşmiş Krallıq, Çin, Hindistan, Vyetnam, Sudan, Suriya və s. bu kimi ölkələri prosesə cəlb etmədən neft bazarında tarazlığa, hamını razı salacaq qiymətlərə nail olmaq o qədər də inandırıcı deyildir", - deyə N.Əliyev "Respublika" qəzetində dərc edilmiş məqaləsində qeyd edib.
O deyib ki, sentyabrda gündəlik neft hasilatı qeyri-OPEC ölkələri üzrə 56,4 mln. barrel/sutka) həcmində olub.
“Gündəlik neft hasilatının 24,61 mln. barreli iclasa dəvət edilən və qeyri-OPEC adı altında təsnif olunan ölkələrin payına düşürsə, onda təxminən 31-32 mln. barrel neft nəzərə alınmamış olur”, - deyə N.Əliyev vurğulayıb.
O əlavə edib ki, açıq qalan və həlli vacib olan digər bir məqam da hasilatın artırılmaması ilə bağlı qərar qəbul ediləcəyi təqdirdə onun idarəetmə mexanizminin yaradılması və qərarın tətbiqinə nəzarətin hansı şəkildə həyata keçirilməsindən ibarətdir.
“Noyabrın 30-dək ortaq məxrəcə gəlmək üçün müzakirə ediləcək kifayət qədər məsələlər var. Azərbaycan da növbəti toplantıya yüksək səviyyədə qatılaraq, prosesin müsbət sonluqla yekunlaşmasına dəstək nümayiş etdirəcək. Xüsusi vurğulamaq lazımdır ki, rəsmi Bakı dünya enerji balansının bərpa edilməsi istiqamətində konstruktiv mövqe nümayiş etdirərək öz neft siyasətini dəyişən reallıqlara uyğunlaşdırmağa çalışır”, - deyə energetika naziri qeyd edib.
Onun sözlərinə görə, Azərbaycan prezidenti dünyanın neft bazarının tənzimlənməsi, sabitləşdirilməsi və neftin qiymətinin qalxması üçün Azərbaycanın öz neft hasilatını və ixracını artırmayacağını birtərəfli qaydada dəfələrlə bəyan edib.
“Bununla belə, proqnozlara əsasən, gələn ildən etibarən dünyada neftə tələbatın tədricən artması ilə neftin qiyməti də artmağa başlayacaq. 2017-ci ildə dünyada neftə gündəlik tələbatın 95 mln. 300 min barrel olacağı, 2020-ci ildə isə ABŞ iqtisadiyyatının sağlamlaşdırılması prosesinin davam etdirilməsi, Avropa, eləcə də inkişaf etmiş ölkələrdə iqtisadi artımın bərpası hesabına neftə tələbatın təxminən 2014-cü ildəki səviyyəyə çatacağı ehtimal edilir. Proqnozlara əsasən, 2020-ci ilin ortalarında neftin barrelinin 100 dollar olduğu dövrə qayıtmaq mümkün olacaq”, - deyə N.Əliyev söyləyib.
Onun fikrincə, yaxın 4 il ərzində ABŞ prezidenti Donald Trampın rəhbərliyi dövründə Ağ evin siyasi və iqtisadi kursunda mühüm dəyişikliklərin ediləcəyi gözlənilir.
“Onun seçki kampaniyası dövründə verdiyi bəyanatlara istinad etsək, rəsmi Vaşinqtonun ölkənin enerji müstəqilliyinin təmin olunması və Səudiyyə Ərəbistanından neft idxalına son qoyulması, Amerikada neft istehsalına tətbiq edilən bütün qadağaların ləğvi və hökumətin neft şirkətlərinə dəstək verməsi və s. bu kimi addımlarına yaxın perspektiv kimi yanaşa bilərik. Bütün bunlar isə dünya bazarında neftin qiymətinin daha da ucuzlaşması, istehlakçı çevrəsinin məhdudlaşması demək olar. Əlbəttə, bütün bunlar gələcəklə bağlı ehtimallardır.”, - deyə nazir bildirib.
O əlavə edib ki, OPEC ölkələrinin ümumilikdə qeyri-OPEC ölkələrindən 2017-ci ilin yanvarın 1-dən başlayaraq altı ay müddətinə gündəlik hasilat həcmindən 880 min barrel həcmində ixtisarların edilməsi barədə gözləntiləri var. Rusiya gündəlik neft hasilatının 300 min barrel həcmində ixtisarına razı olmaqla bərabər, belə bir mövqedədir ki, bu həcmin ixtisarı neftin qiymətinə əsla təsir etməyəcək.Braziliya hasilatı dondurmağa və ya ixtisar etməyə hazır deyil, Meksika isə bütün variantların açıq olduğunu qeyd edərək, OPEC-dən xüsusilə investisiya sahəsində müəyyən stimullaşdırıcı addımlar gözləyir.*
N.Abbasova
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Boston Consulting Group: Azərbaycan dünya enerji təhlükəsizliyində əsas rol oynayacaq
AccessBank BMT-nin Qlobal Sazişinə qoşulub
AccessBank 2024-cü ilin 1-cü rübü üzrə maliyyə nəticələrini açıqlayıb
Yelo Bank birinci rübü 14 milyon manat xalis mənfəətlə yekunlaşdırıb
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət