SOCAR-ın Karbamid zavodunun tikinti işləri 88%-i tamamlanıb. Bu barədə şirkətin məlumatında deyilir.
Dekabrın 1-də SOCAR-ın prezidenti Rövnəq Abdullayev Samsung Engineering Co., Ltd. şirkətinin prezidenti və baş icraçı direktoru Çonq Heum Parkın rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib
“Görüşdə qeyd olunub ki, zavodun layihələndirmə işləri 100%, tikinti işləri təxminən 58% olmaqla, ümumilikdə 88% tamamlanıb”, - deyə məlumatda bildirilir.
Tərəflər sözügedən layihənin maliyyələşdirilməsi məsələsini də müzakirə ediblər.
R.Abdullayev layihənin uzunmüddətli maliyyələşdirilməsi məqsədilə Koreyanın İxrac-İdxal Bankı və bir sıra beynəlxalq kommersiya bankları ilə 500 milyon avro məbləğində vəsaitin cəlb edilməsi istiqamətində danışıqların uğurla davam etdiyi və yaxın müddətdə yekunlaşdırılacağı barədə məlumat verib.
Ç.H.Park Karbamid zavodunun tikintisinin qrafikə uyğun olaraq 2017-ci ilin sonunda başa çatdırılacağını və nəzərdə tutulduğu kimi 2018-ci ilin əvvəllərində zavodun istismara veriləcəyinə əmin olduğunu bildirib. O, gələcək layihələrdə şirkətlər arasında əməkdaşlığın davam etməsinə hazır olduqlarını bəyan edib.
Daha əvvəl Karbamid zavodunun direktoru Xəyal Cəfərova istinadən verilən məlumata görə, hazırda zavodun tikinti dəyəri vergilər də daxil olmaqla, 700-750 mln. avro məbləğində qiymətləndirilir.
Zavodun illik istehsal gücü 650-700 min ton karbamid (gündə 2 min ton) təşkil edəcək. Zavodda xammal kimi təbii qaz istifadə olunacaq.
Müəssisə ammonyak, maye və dənəvər karbamid istehsalı bölmələrindən ibarət olacaq. Təbii qazla işləyən zavodun sutkalıq istehsal gücü 1200 ton ammonyak və 2000 ton karbamid təşkil edəcək.
Cənubi Koreyanın “Samsung Engineering” şirkəti ilə zavodun “açar təhvili” şərti ilə layihələndirilməsi, tikintisi və alqı-satqısı haqqında müqavilə imzalanıb. Müqavilə çərçivəsində şirkət tikinti-quraşdırma işləri həyata keçirəcək və işçilər üçün təlimlər təşkil edəcək.*
N.Abbasova
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Dünyanın ən məşhur idman və əyləncə kanalları indi “CityNet”də!
Azər Türk Bank daha bir filialını istifadəyə verdi
AccessBank Masallıda filialının açılması ilə regional şəbəkəsini genişləndirir
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət