Bank VTB (Azərbaycan) “KASKO avtomobil sığortası” xidməti çərçivəsində “KASKO - İlk Zərər” məhsulunu təklif edir. Bu məhsulun şərtlərinə əsasən, avtomobil yalnız yol-nəqliyyat hadisəsindən sığortalanır və təminat yalnız birinci hadisə üzrə verilir. “KASKO - İlk Zərər” məhsulunun qiyməti şərtlərdən asılı olaraq 70 və 140 manat təşkil edir. Beləliklə, bu məhsul sayəsində müştəri kiçik məbləğdə sığorta haqqı ödəməklə sığorta təminatı almaq imkanına malikdir.
Bundan başqa, “Daşınmaz əmlakın sığortası” xidmətinin şərtləri də dəyişdirilib. İndi sığorta təminatını Sumqayıt, Gəncə, Naxçıvan və Azərbaycanın digər bölgələrindəki daşınmaz əmlaka görə də almaq olar. Məhsulun qiyməti regiondan asılı olaraq 48-70 manat təşkil edir.
Hər bir sığorta məhsulunun müddəti 1 ildir. Sığorta polisinin alınması və rəsmiləşdirilməsi bank VTB (Azərbaycan)-ın filiallarında həyata keçirilir və əlavə olaraq sığorta şirkətinə müraciət tələb olunmur.
“KASKO - İlk Zərər” məhsulu almaq üçün şəxsiyyət vəsiqəsi, sürücülük vəsiqəsi və avtomobilin texniki pasportu tələb olunur. Daşınmaz əmlakın sığortası zamanı şəxsiyyət vəsiqəsi ilə birgə əmlak sahibliyini təsdiq edən sənəd təqdim edilməlidir.
Beləliklə, hazırda bank VTB (Azərbaycan)-da bütün əsas risklər üzrə kompensasiya təklif edən
“KASKO Avtomobil Sığortası” , “KASKO - İlk Zərər” , “Daşınmaz Əmlakın Sığortası” və “Bədbəxt Hadisələrdən Sığorta” kimi məhsullar təqdim edilir.
Arayış üçün:
Bank VTB (Azərbaycan) ASC VTB Bank ASC-nin törəmə bankıdır. Bank VTB (Azərbaycan) ASC-nin səhmdarları: VTB Bank ASC və “AtaHolding” ASC-dir. Bank VTB (Azərbaycan) ASC korporativ biznesi, kiçik və fərdi biznesi təmsil edən müştərilərə, eləcədə fiziki şəxslərə xidmət göstərir.
Tel.: (012) 492 00 80 Faks: (012) 437 71 21 E-mail: gulchin.qadirova@vtb.az www.vtb.az |
ASC VTB (Azərbaycan)
Mətbuat xidməti
AccessBank QSC Symantec Endpoint Protection üzrə tender elan edir
AccessBank QSC Cisco ESA + SMARTnet üzrə tender elan edir.
“Yelo Bank” ASC poliqrafiya və çöl reklamı xidmətləri üçün texniki tender elan edir
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət