Moskva ilə Bakı biri-birinə qarşılıqlı maraq nümayiş edir. Bakı və Azərbaycan Yeparxiyasının arxiyepiskopuAleksandr belə hesab edir.
“Əlaqələrimiz təsadüfi xarakter daşımır, onlar möhkəm təmələ əsaslanır. Əminik ki, gələcəkdə bu əlaqələrə daha da möhkəmlənəcək. Moskvada sizin şəhərə, Bakıda isə Moskvaya maraq var”, - deyə ArxiyepiskopAleksandr “Moskva Bakıda” Beynəlxalq Əməkdaşlıq Günləri çərçivəsində “Rus dili, mədəniyyət, gənclər - Azərbaycanın mədəniyyətlərarası cəmiyyəti şəraitində həmvətənlərin işinin təşkilinin əsas istiqamətləri” adlı dəyirmi Masada bildirib.
O, Azərbaycanla Rusiya arasında möhkəmlənən münasibətləri qeyd edib.
“SSRİ-nin süqutundan sonra əlaqələrimiz nəinki pozuldu, əksinə, daha da möhkəmlənir. Bu həm, dini, həm mədəni, həm iqtisadi və siyasi əlaqələrdir”, - deyə o vurğulayıb.
ArxiyepiskopAleksandr Azərbaycanda dərin tolerantlıq ənənələrinin mövcud olduğunu qeyd edib. “Bakıda, bütövlükdə, Azərbaycanda hər bir millətin, xalqın, dinin nümayəndələri sülh şəraitində birgə yaşayırlar. Biz hamımız burada bir ailə kimi yaşayırıq”, - deyə o qeyd edib.
“SSRİ-nin süqutundan sonra Azərbaycanda heç bir rusdilli məktəb bağlanmadı. Bu gün də ölkəmizdə rusi dili və mədəniyyətinin qorunub saxlanılmasına böyük diqqət ayrılır”, - deyə Azərbaycanın Rus İcmasının sədri, deputat Mixail Zabelin bəyan edib.
Onun sözlərinə görə, Azərbaycanda ali məktəblərin rus dilli fakultələrində 16 min tələbə təhsil alır.
“Azərbaycanda ikinci ildir ki, “Moskva Bakıda” Beynəlxalq Əməkdaşlıq Günləri keçirilir. Ümid edirəm ki, bu format gələcəkdə ənənəyə çevriləcək”, - deyə o qeyd edib.
M.Zabelin vurğulayıb ki, əsrlər boyu Azərbaycanda müxtəlif din, xalq və millətlərin nümayəndələri sülh şəraitində yaşayıblar.
14-16 dekabr tarixlərində paytaxtda “Moskva Bakıda” Beynəlxalq Əməkdaşlıq Günləri keçirilir. Tədbir Azərbaycanın Rus İcması və Moskva şəhəri Hökumətinin Xarici iqtisadi və beynəlxalq əlaqələr departamenti tərəfindən birgə təşkil edilib. **
R.Babayev
AccessBank QSC Symantec Endpoint Protection üzrə tender elan edir
AccessBank QSC Cisco ESA + SMARTnet üzrə tender elan edir.
“Yelo Bank” ASC poliqrafiya və çöl reklamı xidmətləri üçün texniki tender elan edir
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Boston Consulting Group: Azərbaycan dünya enerji təhlükəsizliyində əsas rol oynayacaq
AccessBank Masallıda filialının açılması ilə regional şəbəkəsini genişləndirir
AccessBank BMT-nin Qlobal Sazişinə qoşulub
AccessBank 2024-cü ilin 1-cü rübü üzrə maliyyə nəticələrini açıqlayıb
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət