2016-cı ilin yanvar-noyabr aylarında Azərbaycana 1 mln. 268,1 min ton buğda idxal edilib ki, bu da ötən ilin müvafiq dövrünün göstəricisindən 9,1% çoxdur. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Dövlət Statistika Komitəsindən məlumat verilib.
Məlumata əsasən, respublikaya idxal olunmuş buğdanın ümumi dəyəri $234 mln. 351,8 min (azalma 9,3%) təşkil edib.
Hesabat dövründə Azərbaycana $141 mln. 649,1 min dəyərində (artım 47,5%) 346,8 min ton şəkər xammalı və şəkər (artım 56%), $100 mln. 37,1 min dəyərində (artım 74%) 110,4 min ton bitki yağı (artım 17%), $35 mln. 59,9 min dəyərində (artım 2,9 dəfə) 10 min 96,5 ton çay (artım 84%), $40 mln. 578,5 min dəyərində (artım 2,2 dəfə) 11 min 939,4 ton kərə yağı və süd (artım 4,5%) idxal edilib.
Yanvar-noyabr aylarında respublikaya $49 mln. 556,2 min dəyərində (artım 79,1%) 56 min 352,4 ton meyvə (artım 11,7%), $16 mln. 14 min dəyərində (artım 3 dəfə) 41 min 956,5 ton tərəvəz (artım 84,8%), $26 mln. 8,1 min dəyərində (artım 3,4 dəfə) 141,6 min ton kartof (artım 51,4%) idxal edilib.
Hesabat dövründə ölkədən $96 mln. 209,1 min dəyərində (artım 61%) 108 min ton tərəvəz (artım 47,8%), $158 mln. 521,7 min dəyərində (artım 12%) 116,7 min 337,6 ton meyvə (artım 24,7%), $15 mln. 781,2 min dəyərində (azalma 24,4%) 38 min 203,1 ton kartof (artım 4,5%), $4 mln. 938,9 min dəyərində (azalma 66,7%) 918,5 ton çay (azalma 71,3%) ixrac edilib.
Bundan başqa, qeyd olunan dövrdə Azərbaycandan $54 mln. 32,7 min dəyərində (azalma 70,4%) 95 min 364,6 ton şəkər (azalma 47,2%), $7 mln. 783,8 min dəyərində (azalma 84,6%) 7 min 456,1 ton bitki yağı (azalma 63,7%) ixrac edilib.**
N.Abbasova
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Boston Consulting Group: Azərbaycan dünya enerji təhlükəsizliyində əsas rol oynayacaq
AccessBank Masallıda filialının açılması ilə regional şəbəkəsini genişləndirir
AccessBank BMT-nin Qlobal Sazişinə qoşulub
AccessBank 2024-cü ilin 1-cü rübü üzrə maliyyə nəticələrini açıqlayıb
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət