Azərbaycan hakimiyyəti qeyri-hökumət təşkilatlarını (QHT) siyasi sahədə deyil, daha çox sosial sahədə fəaliyyət göstərməyə çağırıb.
«Bizim QHT-lər nədənsə siyasi sahəyə üstünlük verir, lakin Avropa ölkələrində vətəndaş cəmiyyətinin diqqətini daha çox sosial məsələlərin həlli cəlb edir. İstərdim ki, Azərbaycanda QHT-lər sosial sahəyə daha çox diqqət ayırsınlar”, - deyə Prezident Adminstrasiyasının İctimai-siyasi məsələlər şöbəsinin sektor müdiri Elman Paşayev bu gün Azərbaycan Milli Qeyri-Hökumət Təşkilatları Forumunun (MQF) 9-cu qurultayında bildirib.
Onun sözlərinə görə, Avropada əhali siyasi partiyalarla müqayisədə QHT-lərə daha çox üstünlük verir.
«Avropalı gənclər öz siyasi ambisiyalarını QHT çərçivəsində reallaşdırmağa çalışır, çünki qeyri-hökumət təşkilatları əhalinin problemlərinin həlli ilə məşğuldur, siyasi partiyalar isə yalnız seçicilərin səsini qazanmaq istəyir və buna görə də onlara olan etimad azalır», - deyə sektor müdiri qeyd edib.
O vurğulayıb ki, bu gün dünyada gedən proseslər QHT-lərin fəaliyyətinin əlavə olaraq tənzimlənməsi zərurətini ortaya qoyur.
«Dünyada və regionda gedən, o cümlədən terrorun son dərəcə geniş yayılması ilə bağlı olan müəyyən proseslər bu sahədə bəzi məsələlərin tənzimlənməsini zəruri edir. Bəzi səbəblərdən müəyyən dövrlərdə siyasi və strateji nöqteyi-nəzərdən QHT-lərin fəaliyyətində müəyyən məhdudiyyətlərin tətbiqinə zərurət yaranır», - deyə E.Paşayev bildirib.
O, Azərbaycanda vətəndaş cəmiyyətinin inkişafı üçün böyük potensialın olduğunu diqqətə çatdırıb.*
R.Babayev
AccessBank QSC Symantec Endpoint Protection üzrə tender elan edir
AccessBank QSC Cisco ESA + SMARTnet üzrə tender elan edir.
“Yelo Bank” ASC poliqrafiya və çöl reklamı xidmətləri üçün texniki tender elan edir
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Dünyanın ən məşhur idman və əyləncə kanalları indi “CityNet”də!
Azər Türk Bank daha bir filialını istifadəyə verdi
AccessBank Masallıda filialının açılması ilə regional şəbəkəsini genişləndirir
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət