2017-ci ildən dövlət xidmətləri “ASAN Index” vasitəsilə qiymətləndiriləcək. Bu barədə Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin (“ASAN xidmət”) sədri İnam Kərimov bildirib.
“Bu ildən dövlət xidmətləri “ASAN Index” vasitəsilə qiymətləndiriləcək və onların reytinqi müəyyən ediləcək”, - deyə İ.Kərimov prezident İlham Əliyevin sədrliyi ilə yanvarın 10-da Nazirlər Kabinetinin 2016-cı ilin sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında deyib.
İ.Kərimovun sözlərinə görə, 2017-ci il ərzində Mingəçevir və Qubada regional “ASAN Həyat” kompleksinin istifadəyə verilməsi, Şəki və İmişlidə isə iki kompleksin inşasına başlanılması nəzərdə tutulur. “Bakı şəhərində daha iki “ASAN Kommunal” Mərkəz yaradılacaq”, - deyə o qeyd edib.
İ.Kərimov vurğulayıb ki, cari il ərzində Balakəndə Dövlət Neft Şirkəti (SOCAR) ilə birlikdə “ABAD park” kompleksinin və İsmayıllıda yerli icra hakimiyyəti ilə birlikdə “ABAD” mərkəzin təşkili nəzərdə tutulur.
“Elektron lisenziya portalı bu il İqtisadiyyat Nazirliyi ilə birlikdə istifadəyə veriləcək və sahibkarlar lisenziya və icazələri dövlət orqanlarına getmədən, elektron qaydada əldə edə biləcəklər”, - deyə İ.Kərimov vurğulayıb.
“Ölkədə turizmin inkişafı ilə bağlı silsilə tədbirlər çərçivəsində “ASAN Viza” sistemi tətbiq edilib. Bu sistem Xarici və Daxili İşlər nazirlikləri, Dövlət Təhlükəsizlik, Dövlət Sərhəd, Dövlət Miqrasiya xidmətləri ilə birlikdə yaradılıb və bütün informasiya bazaları ilə inteqrasiya olunub”, - deyə o bildirib. **
R.Babayev
AccessBank QSC Symantec Endpoint Protection üzrə tender elan edir
AccessBank QSC Cisco ESA + SMARTnet üzrə tender elan edir.
“Yelo Bank” ASC poliqrafiya və çöl reklamı xidmətləri üçün texniki tender elan edir
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Boston Consulting Group: Azərbaycan dünya enerji təhlükəsizliyində əsas rol oynayacaq
AccessBank Masallıda filialının açılması ilə regional şəbəkəsini genişləndirir
AccessBank BMT-nin Qlobal Sazişinə qoşulub
AccessBank 2024-cü ilin 1-cü rübü üzrə maliyyə nəticələrini açıqlayıb
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət