Yanvarın 16-da Hanoy şəhərində iqtisadi, ticarət, elmi və texniki əməkdaşlıq üzrə Azərbaycan-Vyetnam Hökumətlərarası Komissiyanın ilk iclası keçiriləcək. Bu barədə Energetika Nazirliyindən məlumat verilib.
Hökumətlərarası Komissiyanın Azərbaycan tərəfdən həmsədri energetika naziri Natiq Əliyev Vyetnam tərəfdən isə sənaye və ticarət naziri Tran Tuan Anhdır.
“İclasda iki ölkə arasında müxtəlif sahələrdə əlaqələrin mövcud vəziyyəti və əməkdaşlığın genişləndirilməsi perspektivləri müzakirə ediləcək. İkitərəfli əməkdaşlığın inkişaf istiqamətləri kimi enerji, ticarət, kənd təsərrüfatı, nəqliyyat, rabitə və yüksək texnologiyalar, təhsil, hüquq və məhkəmə, mədəniyyət, turizm, idman və gənclər sahəsində yeni təkliflər nəzərdən keçiriləcək”, - deyə məlumatda deyilir.
Tərəflər mövcud əməkdaşlıq əlaqələrinin gücləndirilməsi üçün müvafiq razılıqların əldə edilməsi məsələlərinə baxacaqlar.
İki ölkənin enerji sektorunda əməkdaşlığı uzunmüddətli və strateji baxımdan prioritet sayılır. 2015-ci ildə Vyetnamın neft və Qaz Korporasiyası “Petrovietnam” və SOCAR (ARDNŞ) arasında əməkdaşlıq haqqında Anlaşma Memorandumu imzalanıb.
“Vyetnam neft emalı sektorunun genişləndirilməsi və modernləşdirilməsində Azərbaycanın iştirakına, Xəzərdə neft yataqlarının kəşfiyyatı və işlənməsinə, neft-qaz sahəsində kadrların hazırlanmasında təcrübənin mənimsənilməsinə, eləcə də xam neft, təbii qaz və neft məhsullarının ticarəti ilə bağlı müştərək layihələrin həyata keçirilməsinə maraq göstərir. Bütün bu məsələlərin Komissiyanın iclasında müzakirəsi nəzərdə tutulub”, - deyə məlumatda qeyd edilir.
Bununla yanaşı, enerji səmərəliliyi, alternativ və bərpa olunan enerji mənbələri sahəsində əməkdaşlıq imkanlarının öyrənilməsi planlaşdırılır.
Vyetnam tərəfin təqdim etdiyi statistik məlumatlara əsasən, 2016-ci ilin birinci yarısında, Vyetnam və Azərbaycan arasında ticarət dövriyyəsinin həcmi 51,9 mln. ABŞ dolları olub. Azəbaycana 4,5 mln. ABŞ dolları həcmində ixrac əməliyyatı həyata keçirilib. Həmçinin Azərbaycandan 47,3 mln ABŞ dolları həcmində idxal əməliyyatları aparılıb. **
N.Abbasova
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Dünyanın ən məşhur idman və əyləncə kanalları indi “CityNet”də!
Azər Türk Bank daha bir filialını istifadəyə verdi
AccessBank Masallıda filialının açılması ilə regional şəbəkəsini genişləndirir
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət