Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Vasif Talıbov Naxçıvan və Acarıstan arasında möhkəm dostluq və qardaşlığa əsaslanan yaxşı əlaqələrin olduğunu qeyd edir.
“İnterfaks-Azərbaycan” agentliyinin regional müxbirinin verdiyi xəbərə görə, V.Talıbov Acarıstan Muxtar Respublikası Hökumətinin sədri Zurab Pataradzenin rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib.
“Naxçıvan və Acarıstan arasında ticarət-iqtisadi, səhiyyə və təhsil sahəsində əlaqələr inkişaf edib. Bu gün Batumi Dövlət Universiteti ilə Naxçıvan Dövlət Universiteti səmərəli əməkdaşlığa malikdir. Səhiyyə sahəsində də əlaqələrin böyük potensialı var. Acarıstanlı uşaqların Duzdağ Fizioterapiya Mərkəzində müalicəsi üçün şərait yaradılıb, birbaşa Naxçıvan-Batumi avtobus marşrutu açılıb. Əlaqələrimizin genişləndirilməsi üçün imkanlar böyükdür”, - deyə V.Talıbov qeyd edib.
Z.Pataradze Azərbaycan və Gürcüstan arasındakı əlaqələrin müxtəlif sahələrdə inkişaf etdiyini bildirib.
“Acarıstan Muxtar Respublikası ilə Naxçıvan Muxtar Respublikasını işgüzar münasibətlər və dostluq əlaqələri birləşdirir”, - deyə qonaq vurğulayıb.
Onun sözlərinə görə, qarşılıqlı səfərlər əlaqələrin inkişafına töhfə verir, iqtisadi-ticarət, nəqliyyat və digər sahələrdə əməkdaşlıq möhkəmlənir.
Görüşdə bundan sonra da ikitərəfli əlaqələrin inkişafı üçün səylərin göstəriləcəyinə əminlik ifadə olunub.
Z.Pataradze və onun başçılıq etdiyi nümayəndə heyəti Duzdağ Fizioterapiya Mərkəzində astma və digər tənəffüs yolları xəstəliklərindən əziyyət çəkən şəxslərin müalicəsi üçün yaradılan şəraitlə tanış olub.
Naxçıvan Dövlət Universitetində keçirilən görüşdə isə tələbə mübadiləsi, təhsil sahəsində yeni layihələrin həyata keçirilməsi üzrə əməkdaşlığın genişləndirilməsinə dair məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
Naxçıvan Biznes Mərkəzində Acarıstan nümayəndə heyəti yerli məhsulların sərgisi ilə tanış olub.*
Q.Hüseynova
AccessBank QSC Symantec Endpoint Protection üzrə tender elan edir
AccessBank QSC Cisco ESA + SMARTnet üzrə tender elan edir.
“Yelo Bank” ASC poliqrafiya və çöl reklamı xidmətləri üçün texniki tender elan edir
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Boston Consulting Group: Azərbaycan dünya enerji təhlükəsizliyində əsas rol oynayacaq
AccessBank Masallıda filialının açılması ilə regional şəbəkəsini genişləndirir
AccessBank BMT-nin Qlobal Sazişinə qoşulub
AccessBank 2024-cü ilin 1-cü rübü üzrə maliyyə nəticələrini açıqlayıb
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət