Bakı və Kiyev rəsmi hakimiyyətin təqdiri olmadan Azərbaycan və Ukraynanın işğal olunan ərazilərində istehsal edilən malların keçirilməməsinə dair razılığa gəlib. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Ukraynanın Bakıdakı səfiri Aleksandr Mişenko məlumat verib.
“Prezident Petro Poroşenkonun Bakıya səfəri zamanı iki dövlət başçıları Ukrayna və Azərbaycanın gömrük strukturları rəhbərlərinə görüşərək, bu dövlətlərin işğal olunan ərazilərindən gətirilən malların keçirilməsi məsələsini müzakirə etməyi tapşırıblar. Gömrük strukturları rəhbərləri görüşərək həmin ərazilərdən malların rəsmi Kiyev və Bakı tərəfindən lisenziyalaşdırıldığı təqdirdə tədarük olunacağına dair mexaniz hazırlayıblar”, - deyə A.Mişenko bildirib.
Diplomatın sözlərinə görə, Dağlıq Qarabağda istehsal olunan mallar yalnız rəsmi Bakının icazəsi ilə Ukrayna sərhədinə keçirilə bilər. Donbasdan gətirilən mallar barəsində də Azərbaycan analoji sxemdən istifadə edir. “Misal üçün, şampan şərabları üzərində markalanma. Əgər onların üzərində Ukrayna, Artyom zavodu (Donbas) yazısı varsa, demək hər şey normadadır. Əgər onların üzərində hansısa Novorossiya və ya buna bənzər digər yazılar olarsa, təbii ki, Azərbaycan onları qəbul etməyəcək. Dağlıq Qarabağdan mallara da bu cür yanaşma tətbiq olunur”, - deyə A.Mişenko vurğulayıb.
“Prezidentlərin tapşırıqlarından sonra bu qaydalar qüvvəyə minib. Burada hər hansı dövlətlərarası sazişlərin imzalanmasına ehtiyac yoxdur. gömrük strukturları rəhbərləri arasında müvafiq sənəd imzalanıb”, - deyə səfir əlavə edib. **
F.İsazadə
AccessBank QSC Symantec Endpoint Protection üzrə tender elan edir
AccessBank QSC Cisco ESA + SMARTnet üzrə tender elan edir.
“Yelo Bank” ASC poliqrafiya və çöl reklamı xidmətləri üçün texniki tender elan edir
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Boston Consulting Group: Azərbaycan dünya enerji təhlükəsizliyində əsas rol oynayacaq
AccessBank Masallıda filialının açılması ilə regional şəbəkəsini genişləndirir
AccessBank BMT-nin Qlobal Sazişinə qoşulub
AccessBank 2024-cü ilin 1-cü rübü üzrə maliyyə nəticələrini açıqlayıb
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət