Kanadanın “Zenith Energy Ltd.” şirkəti Azərbaycan hökumətinə müraciət edərək “Zərdab” neft yatağının adının şirkətin vəfat edən qeyri-icraçı direktoru Françesko Salimbeninin xatirəsinə hörmət əlaməti olaraq “Salimbeni” ilə əvəz olunması təklifi ilə müraciət edəcək. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə “Zenith Energy Ltd.” şirkətindən məlumat verilib.
“Zenith Energy Ltd.” şirkətinin törəməsi “Zenith Aran Oil Company Limited” Azərbaycanda quruda yerləşən “Muradxanlı”, “Cəfərli” və “Zərdab” neft yataqlarının daxil olduğu blokun bərpası və işlənməsi üzrə operatordur.
“Zenith Energy Ltd.” şirkəti şirkətin qeyri-icraçı direktoru Françesko Salimbeninin vəfatı ilə əlaqədar dərin kədər içindədir. Onun xatirəsinə hörmət əlaməti olaraq, “Zenith Aran Oil Company Limited” bəzi geoloqların rəyinə əsasən çox perspektivli olan “Zərdab” yatağının “Salimbeni” adı ilə əvəz olunması təklifi ilə Azərbaycanın müvafiq orqanlarına müraciət edəcək”, - deyə şirkətdən qeyd ediblər.
Bundan başqa, Françesko Salimbeninin xatirsinə hörmət kimi, əsaslı təmirdən sonra “Muradxanlı”, “Cəfərli” və “Zərdab” neft yataqlarının daxil olduğu blokda ən yüksək debitli quyuda memorial lövhə quraşdırılacaq.
Qeyd edək ki, bu il martın 16-da SOCAR və “Zenith Aran Oil Company Limited” şirkətləri arasında “Muradxanlı”, “Cəfərli” və “Zərdab” neft yataqlarının daxil olduğu blokun bərpası, kəşfiyyatı, işlənməsi və hasilatın pay bölgüsü haqqında saziş imzalanıb.
Saziş 25 il müddətində qüvvədə olacaq. Sazişdə “Zenith” şirkəti 80 faizlik, SOCAR isə 20 faizlik iştirak payına malikdir. “Muradxanlı”, “Cəfərli” və “Zərdab” yataqları ümumilikdə 642,4 kvadrat kilometr ərazini əhatə edir. Hazırda blokda sutkalıq neft hasilatının həcmi 350 barel təşkil edir. Burada həmçinin az həcmdə hasil olunan qaz təsərrüfat və istehsalat ehtiyaclarının təmin edilməsinə yönəldilir.
“Muradxanlı-Cəfərli-Zərdab” neft yataqları bloku İmişli rayonu ərazisində yerləşir. “Muradxanlı” yatağı 1971-ci ildə, “Cəfərli” yatağı 1984-cü ildə, “Zərdab” yatağı 1981-ci ildə kəşf edilib.
Blokun çıxarıla bilən qalıq neft ehtiyatları 1,8 mln. ton, qalıq qaz ehtiyatları 36 mln. kubmetr həcmində qiymətləndirilir. Hazırda blok üzrə istismar fondunda 77 quyu var.**
N.Abbasova
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Boston Consulting Group: Azərbaycan dünya enerji təhlükəsizliyində əsas rol oynayacaq
AccessBank BMT-nin Qlobal Sazişinə qoşulub
AccessBank 2024-cü ilin 1-cü rübü üzrə maliyyə nəticələrini açıqlayıb
Yelo Bank birinci rübü 14 milyon manat xalis mənfəətlə yekunlaşdırıb
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət