2017-ci ilin yanvar ayının əvvəlinə ölkə əhalisinin ümumi sayının 50,1%-ni və ya 4 mln. 918,8 min nəfərini qadınlar təşkil edir. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə 8 Mart - Beynəlxalq Qadınlar Günü münasibətilə Dövlət Statistika Komitəsindən məlumat verilib.
Qadınların 54,8%-i nəsilvermə qabiliyyətinə malikdir və orta hesabla hər 10 qadın dünyaya 20 uşaq gətirir.
Ötən il doğulmuş 159,5 min körpənin 46,8%-ni qız uşaqları təşkil edir.
Hazırda ölkədə 18 doğum evi, 137 qadın məsləhətxanası, 250 uşaq poliklinikası və ambulatoriyası fəaliyyət göstərir.
Azərbaycan qadınlarının məşğul əhalinin ümumi sayındakı xüsusi çəkisi ilkin məlumatlara əsasən 48,2%-dir. Ölkənin ümumi təhsil müəssisələrində müəllimlərin 78,1%-i, orta ixtisas təhsil müəssisələrində 76,1%-i, ali təhsil müəssisələrində 51,9%-i, həkimlərin isə 64,9%-i qadınlardır.
Ümumi təhsil müəssisələrində şagirdlərin 46,5%-i, orta ixtisas təhsil müəssisələrində oxuyanların 66,4%-i, ali təhsil müəssisələrinin tələbələrinin 48,3%-i qızlardır.
Elmi işçilərin 53,3 faizini qadınlar təşkil edir. Son 5 ildə həm elmlər doktoru, həm də fəlsəfə doktoru elmi dərəcəsi olan qadınların sayı 2,2 dəfə artıb.
Dövlət qulluğunda çalışanlar arasında qadınların xüsusi çəkisi ilkin məlumatlara əsasən 28,7%, sahibkarlar arasında isə 20,9%-dir. Bədən tərbiyəsi və idmanla məşğul olanların 40,2%-i qadınlardır.
Parlamentdə qadınların xüsusi çəkisi 16,8%-ə çatıb.
İlk bələdiyyə seçkilərinə nisbətən son bələdiyyə seçkilərində bələdiyyə üzvü seçilmiş qadınların sayı 6 dəfə artaraq 5236 nəfərə çatıb və bələdiyyə üzvləri arasında onların xüsusi çəkisi 35% olub.
Sürücülük vəsiqəsi alanların ümumi sayında qadınların xüsusi çəkisi 2016-cı ildə 6,5%-dək artıb. **
N.Abbasova
Nağıyev: “Fransa Ermənistanı yeni müharibəyə təhrik edir”
Bakı Rasmusseni NATO-nun keçmiş baş katibi statusundan sui-istifadə etməkdə ittiham edir
Dövlət Xidməti və Macarıstan Rəqabət Qurumu arasında Anlaşma Memorandumu imzalanıb
2023-cü ildə Azərbaycanın bank sektorunun xarici borcu 1,8 dəfə artıb
Azərbaycan hökuməti taksi fəaliyyətinə dair yeni tələbləri təsdiqləyib
Azərbaycan sentyabrda Türkiyənin üç şəhərinə ixrac missiyası təşkil edəcək
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
Ağ Ev: “Crocus City Hall”da terror aktına görə yalnız İŞİD məsuliyyət daşıyır
Ağalarov: “Crocus City Hall”a bənzər konsert zalının tikintisi üçün ən azı $150 milyon lazımdır”
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Boston Consulting Group: Azərbaycan dünya enerji təhlükəsizliyində əsas rol oynayacaq
Azərbaycan “Accor” qrupu üçün əsas inkişaf bazarlarından biridir
NEQSOL Holding Udemy Business ilə tərəfdaşlığa başlayır
Yelo Bank Xocavənddə yaşayan şəhid ailələrini Novruz sovqatları ilə sevindirib
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət