Çin Xalq Respublikasının Azərbaycan Respublikasındakı Fövqəladə və səlahiyyətli səfiri Vey Cinhua Caspian Energy İnternational Media Group-un prezidenti və baş redaktoru Natalya Əliyevanın rəhbərliyi ilə Caspian Energy-nin nümayəndə heyətini qəbul edib.
Görüşdə Azərbaycan və Çin, o cümlədən Caspian European Club (Caspian Business Club), Caspian American Club və Caspian Energy İnternational Media Group ilə informasiya əməkdaşlığının genişləndirilməsinin perspektivlərinə toxunulub.
Səfir Çinin Xəzəryani ölkələrlə əlaqələrin möhkəmləndirilməsi istiqamətində göstərilən səylərə görə Kluba minnətdarlığını bildirib. "Səfirliyimiz tərəfindən sizinlə əməkdaşlığı davam etdirməyə və möhkəmləndirməyə hazırıq",- deyə o vurğulayıb. VeyCinhuaeyni zamanda qeyd edib ki, "şirkətlərimiz arasında qarşılıqlı anlaşma hələ yetərincə deyil. Çin və Azərbaycan biznesmenləri qarşı tərəf barədəaz məlumat alırlar”. Bununla əlaqədar Səfir CEİBC-in Çin müəssisələrinin Xəzəryani dövlətlərin müəssisələri ilə qarşılıqlı tanışlığında daha fəal rol oynaya biləcəyinə ümid bəslədiyini ifadə edib ki, bu da öz növbəsində əməkdaşlığı genişləndirməyə və daha çox birgə layihələr həyata keçirməyə imkan verəcək. “Çinin CNPC şirkəti sizin yerli şirkətlərinizlə sıx əməkdaşlıq qurub.Onlar Azərbaycanda çoxdan fəaliyyət göstərirlər. Lakin hal-hazırda onlar üçün daha yaxşı şərait yaranıb və şirkət AzərbaycandakıSOCAR kimipatnyorları ilə
uzunmüddətli fəaliyyət planı tərtib etməyə hazırdır”, - deyə Səfir vurğulayıb.
“Səfirlik yaxın illərdə iki ölkə arasında müxtəlif sahələrdə işgüzar əməkdaşlığı bundan sonra da dərinləşdirmək və genişləndirmək məqsədilə Azərbaycan və Çin rəhbərlərinin qarşılıqlı səfərlərini təşkil etmək istərdi”, - deyə o, çıxışına davam edib.
Səfir qeyd edib ki, Azərbaycan Çin şirkətləri üçün investisiya baxımından cazibədar ölkədir. "Əlbəttə ki, bu məsələdə Azərbaycan Prezidenti İlham Əliyevin 2015-ci ilin dekabrında Çinə tarixi səfərinin böyük rolu olub. Həmin səfər zamanı birgə “Böyük İpək Yolu iqtisadi kəməri”nin yaradılması üzrə memorandum imzalanıb. Bu, ölkələrimiz arasında gələcək əməkdaşlıq üçün möhkəm bünövrədir", - deyə Səfir vurğulayıb.
Görüşün sonunda Səfir Caspian Energy-yə eksklüziv müsahibə verib. Müsahibədə o, ikitərəfli əlaqələrin inkişafı, iqtisadi və investisiya əməkdaşlığının genişləndirilməsi imkanlarına toxunub, enerji bazarının, həmçinin ticari-iqtisadi sahədə işgüzar əməkdaşlığın inkişafı məsələsindən bəhs edib.
AccessBank QSC Symantec Endpoint Protection üzrə tender elan edir
AccessBank QSC Cisco ESA + SMARTnet üzrə tender elan edir.
“Yelo Bank” ASC poliqrafiya və çöl reklamı xidmətləri üçün texniki tender elan edir
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət