"Fitch" beynəlxalq reytinq agentliyi "Cənub Qaz Dəhlizi" (CQD) QSC-nin uzunmüddətli avrobondlar üzrə reytinqini "BB+" səviyyəsində təsdiq edib. Bu barədə agentliyin məlumatında deyilir.
“Reytinqin təsdiqi "Cənub Qaz Dəhlizi" QSC-nin Azərbaycan hökuməti tərəfindən zəmanət verilmiş, ümumi həcmi$2 mlrd. olan (avrobondların 2 buraxılışı çərçivəsində) və müddəti 2026-cı ildə başa çatan avrobondlara agentliyin dəyişməyən mövqeyini, habelə Azərbaycanın istiqraz sahiblərinə verilmiş zəmanətləri tam şəkildə və vaxtında yerinə yetirməyi öhdəsinə götürdüyünü əks etdirir”, - deyə məlumatda bildirilir.
“Fitch” qeyd edir ki, Azərbaycan öhdəliklərini yerinə yetirmək üçün 2017-ci ilin dövlət büdcəsində ehtiyat vəsait ayırıb.
Agentlik CQD rəhbərliyinin proqnozlarına istinadən bildirir ki, 2017-2019-cu illərdə əməliyyat və kapital xərcləri üçün CQD-nin xalis maliyyə tələbi təxminən $5,4 mlrd. təşkil edəcək.
Agentlik proqnozlaşdırır ki, CQD ortamüddətli perspektivdə maliyyələşməni təmin etmək üçün inkişaf institutlarından kredit və kapital bazarlarını cəlb edəcək, təklif olunan bazar şərtləri məqbul olmadığı halda istiqrazlar və kreditlər dövlət əsaslı vəsait qoyuluşları ilə tamamlana bilər.*
A.Axundov
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Boston Consulting Group: Azərbaycan dünya enerji təhlükəsizliyində əsas rol oynayacaq
AccessBank BMT-nin Qlobal Sazişinə qoşulub
AccessBank 2024-cü ilin 1-cü rübü üzrə maliyyə nəticələrini açıqlayıb
Yelo Bank birinci rübü 14 milyon manat xalis mənfəətlə yekunlaşdırıb
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət