Azərbaycanın baş naziri Artur Rasi-zadə hesab edir ki, hökumət 2016-cı ildə maliyyə sektorunda vəziyyəti sabitləşdirməyi bacardı.
"2016-cı ildə görülmüş məqsədyönlü tədbirlər və əvvəlki illərdə toplanmış güclü iqtisadi potensialdan düzgün istifadə iqtisadi vəziyyətin sabitləşməsinə gətirib çıxardı və ötən ilin bütovlükdə müsbət nəticələrlə başa çatmasına şərait yaratdı”, - deyə baş nazir bu gün hökumətin 2016-cı ildəki fəaliyyətinə dair hesabatın müzakirəsi zamanı bildirib.
Onun sözlərinə görə, ötən il maliyyə-bank sektorunda müşahidə olunan çətinliklər neftin ucuzlaşması ilə əlaqədar olub.
"Dünya bazarlarında karbohidrogenin qiymətinin kəskin aşağı düşməsi ölkənin ixrac gəlirlərinin əhəmiyyətli dərəcədə azalmasına və tədiyə balansında böyük kəsirin yaranmasına səbəb oldu. Bir sıra bankların qeyri-qənaətbəxş fəaliyyəti, Azərbaycan Beynəlxalq Bankının keçmiş rəhbərliyinin cinayətkar fəaliyyəti vəziyyəti daha da çətinləşdirdi", - deyə o qeyd edib.
A.Rasi-zadə vurğulayıb ki, ölkə rəhbərliyi bu problemlərin həlli məqsədilə maliyyə sektorunda dövlət idarəçiliyinin təkmilləşdirilməsi və makroiqtisadi sabitliyin təmin edilməsi istiqamətində tədbirlər görüb. "Maliyyə Bazarlarına Nəzarət Palatası və Maliyyə Sabitliyi Şurası yaradılıb. Maliyyə Sabitliyi Şurası maliyyə sektorunun problemlərinin həlli ilə bağlı tədbirlər planı hazırlayıb. Müvafiq dövlət qurumları bu planın icrasına başlayıblar", - deyə o əlavə edib.*
A.Axundov
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Dünyanın ən məşhur idman və əyləncə kanalları indi “CityNet”də!
Azər Türk Bank daha bir filialını istifadəyə verdi
AccessBank Masallıda filialının açılması ilə regional şəbəkəsini genişləndirir
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət