2017-ci ilin iyununda Caspian Energy jurnalının Azərbaycan Respublikası Prezidenti Zati-aliləri cənab İlham Əliyevin eksklüziv müsahibəsinin dərc olunduğu 100-cü yubiley nömrəsi işıq üzü görəcək. Bu barədə Caspian European Club (Caspian Business Club) və Caspian American Club-un sədrinin birinci müavini və baş icraçı direktoru Telman Əliyev məlumat verib.
“Maraqlıdır ki, jurnalın birinci buraxılışı kimi 100-cü nömrəsinin təqdimatı da Xəzər-Qara dəniz regionunda fəaliyyət göstərən neft-qaz sahəsinin nümayəndələri üçün əlamətdar hadisə olan "Caspian Oil&Gas” beynəlxalq sərgi və konfransının açılışı zamanı baş tutacaq”, - deyə Telman Əliyev qeyd edib.
“Həmçinin bildirmək istərdim ki, Caspian Energy İnternational Media Group bir neçə ildir İTE Group şirkəti və onun partnyoru İteca Caspian tərəfindən təşkil olunan sərgi və konfarnsların baş informasiya tərəfdaşıdır”, - deyə o vurğulayıb.
Onun sözlərinə görə, həmin nömrədə əsas diqqət hasilat meyarlarına və dənizdəneft-qaz əməliyyatlarının aparılmasının təhlükəsizliyinə müvafiq olaraq neft-qaz yataqlarının, həmçinin Xəzərin yataqlarında fəaliyyət göstərən neft-qaz şirkətlərinin reytinqinə yönəldiləcək.
“Bununla əlaqədar olaraq, biz SOCAR prezidenti Rövnəq Abdullayevə, “KazMunayGas” SC-nin idarə heyətinin sədri Sauat Mınbayevə, “LUKOYL” PSC-nin prezidenti Vahid Ələkbərova, BP şirkətinin Azərbaycan, Gürcüstan və Türkiyə üzrə regional prezidenti Qəri Counza, Total şirkətinin Azərbaycan üzrə icraçı direktoru Döni Lömarşala və digər neft-qaz şirkətlərinin rəhbərlərinə eksklüziv müsahibə ilə bağlı rəsmi məktubla müraciət etmişik. Həmin müsahibələrdə onların Xəzərdə karbohidrogen çıxarılması zamanı tətbiq olunan təhlükəsizlik tədbirləri və innovasiya texnologiyaları barədə məlumat verəcəkləri nəzərdə tutulub”, - deyə Telman Əliyev söyləyib.
Jurnal həmçinin Moskvada 14-cü Beynəlxalq Neft və Qaz sərgisində (27-30 iyun 2017-ci il) və İstanbulda 22-ci Ümumdünya Neft Konqresində (WPC) (9-13 iyul 2017-ci il) təqdim ediləcək.
Caspian Energy İnternational Media Group-un əsas nəşri olan Caspian Energy jurnalının ilk nömrəsi 1999-cu il mayın 28-də işıq üzü görüb. Dünyanın 50 ölkəsində yayılan jurnalda dövlət və hökumət başçılarının, nazirlərin, dövlət və özəl şirkətlərin rəhbərlərinin müsahibələri, nüfuzlu ekspertlərin məqalələri, həmçinin analitik materiallar dərc olunur.
Bir sıra reytinq agentliklərinin hesablamalarına görə, Caspian Energy jurnalı dünyanın 20 nüfuzlu neft-qaz nəşri və regionun 5 aparıcı neft-qaz jurnalı siyahısına daxildir.
AccessBank QSC Symantec Endpoint Protection üzrə tender elan edir
AccessBank QSC Cisco ESA + SMARTnet üzrə tender elan edir.
“Yelo Bank” ASC poliqrafiya və çöl reklamı xidmətləri üçün texniki tender elan edir
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Boston Consulting Group: Azərbaycan dünya enerji təhlükəsizliyində əsas rol oynayacaq
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət