Azərbaycan və Misir arasında iqtisadi, texniki və elmi əməkdaşlıq üzrə Hökumətlərarası Birgə Komissiyanın4-cü iclası 2017-ci ilin iyulunda Qahirədə keçiriləcək. Bunu Misir prezidenti Əbdülfəttah əs-Sisi deyib.
"Ötən illər ərzində Misir ilə Azərbaycan arasında bir çox sahələrdə, xüsusilə də enerji sahəsində əlaqələr inkişaf etmişdir. Biz bu əlaqələrin də ölkələrimiz arasında mövcud olan yaxşı siyasi münasibətlər səviyyəsinə yüksəlməsi üçün çalışırıq”, - deyə o, Misir ilə Azərbaycan arasında diplomatik əlaqələrin qurulmasının 25 illiyi münasibətilə prezident İlham Əliyevə ünvanladığı təbrik məktubunda bildirib.
Misir prezidenti vurğulayıb ki, Azərbaycanın xarici işlər nazirinin 2016-cı ilin noyabrında Qahirəyə etdiyi səfər və Hökumətlərarası Birgə Komissiyanın iclasının 2017-ci ilin iyulunda Qahirədə keçirilməsi üçün görülən hazırlıq işləri ölkələrimiz arasında münasibətlərin daha da yaxşılaşması istiqamətində birgə səylərimizi artırır.
Hökumətlərarası Birgə Komissiyanın iclası sonuncu dəfə 2007-ci ilin dekabrında Bakıda keçirilib. Azərbaycan tərəfdən komissiyanın həmsədri iqtisadiyyat naziri Şahin Mustafayevdir.*
A.Əzizov
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Boston Consulting Group: Azərbaycan dünya enerji təhlükəsizliyində əsas rol oynayacaq
AccessBank Masallıda filialının açılması ilə regional şəbəkəsini genişləndirir
AccessBank BMT-nin Qlobal Sazişinə qoşulub
AccessBank 2024-cü ilin 1-cü rübü üzrə maliyyə nəticələrini açıqlayıb
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət