Prezident İlham Əliyev ATƏT-in Minsk qrupunu Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həlli məqsədi ilə Ermənistana təzyiqi gücləndirməyə çağırıb.
“ATƏT-in Minsk qrupunun həmsədr dövlətləri bir neçə dəfə bəyan edib ki, "status-kvo" qəbuledilməzdir. Minsk qrupu Ermənistana təzyiqi daha da gücləndirməlidir”, - deyə dövlət başçısı bu gün Nazirlər Kabinetinin 2017-ci ilin birinci rübünün sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında bildirib.
Onun sözlərinə görə, Ermənistan danışıqları dayandırmağa çalışsa da, buna nail ola bilməyəcək.
“BMT Təhlükəsizlik Şurası münaqişə ilə bağlı 4 qətnamə qəbul edib. Bu qətnamələr qeyd-şərtsiz icra olunmalı və işğalçı qüvvələr işğal olunmuş ərazilərdən çıxarılmalıdır. Ermənistanın bütün cəhdlərinə baxmayaraq, qeyri-konstruktiv və qeyri-səmimi siyasəti qınaq obyektinə çevrilib”, - deyə prezident vurğulayıb.
İ.Əliyev əlavə edib ki, Azərbaycan gec-tez öz ərazilərini işğaldan azad edəcək.
“Dağlıq Qarabağda qondarma “referendum” keçirməklə Ermənistan bir daha özünü biabır edib. Dərhal qonşular, Minsk qrupuna üzv ölkələr,Avropa İttifaqı və digər ölkələr bu “referendum”u pislədi, tanımadığını bildirdi. Bütün beynəlxalq aləm “referendum”u qəbul etməməklə Azərbaycanın ərazi bütövlüyünə dəstəyini göstərmiş oldu”, - deyə dövlət başısı qeyd edib.*
R.Babayev
AccessBank QSC Symantec Endpoint Protection üzrə tender elan edir
AccessBank QSC Cisco ESA + SMARTnet üzrə tender elan edir.
“Yelo Bank” ASC poliqrafiya və çöl reklamı xidmətləri üçün texniki tender elan edir
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Dünyanın ən məşhur idman və əyləncə kanalları indi “CityNet”də!
Azər Türk Bank daha bir filialını istifadəyə verdi
AccessBank Masallıda filialının açılması ilə regional şəbəkəsini genişləndirir
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət