“AtaBank”ın “Caspian Development Bank" ("CDB Bank") ilə birləşməsi prosesini 3 ay ərzində başa çatdırmağı planlaşdırır. Bu barədə “AtaBank”ın İdarə Heyətinin sədri Dəyanət Quliyev bu gün mətbuat konfransında bildirib.
Xəbər verildiyi kimi, cari həftə “AtaBank” və “CDB Bank”ın birləşmələri barədə elan ediblər.
“Bu prosesi ən çoxu 3 ay ərzində bitirməyi planlaşdırsaqda, daha tez başa çatdırmağa çalışacağıq. Bank “AtaBank” adı ilə fəaliyyətini davam etdirəcək”, - deyə D.Quliyev qeyd edib.
“Synergy Group”un icraçı direktoru İsmayıl Süleymanov bildirib ki, 2017-ci ilin aprel ayında qrup “AtaBank”ın əsas səhmdarına çevrilib. Bundan başqa, “Synergy Group” “CDB Bank”ın əsas səhmdarıdır.
“İki bank birləşəndən sonra Dəyanət Quliyev bankın İdarə Heyətinin sədri vəzifəsində qalacaq. “CDB Bank”ın Müşahidə Şurasının sədri Fərəx Məmmədova “AtaBank”ın Müşahidə Şurasının sədri təyin olunacaq”, - deyə İ.Süleymanov əlavə edib.
Onun sözlərinə görə, birləşmədən sonra “AtaBank” “CDB Bank”ın hüquqi varisi olacaq, bu səbəbdən bütün hüquq və öhdəliklər “AtaBank”a keçəcək.
“Buna görə, birləşmə prosesi “CDB Bank“ın müştəriləri üçün heç bir narahatlığa səbəb olmamalıdır”, - deyə İ.Süleymanov vurğulayıb. **
A.Axundov
Baş katib: “Azərbaycan NATO-ya üzv olmağı planlaşdırmır”
Stoltenberq: “NATO Azərbaycanla Ermənistan arasında uzunmüddətli sülhü dəstəkləyir”
Yanvar-fevral aylarında Azərbaycana gələn əcnəbilərin sayı təqribən 1,5 dəfə artıb
Novruz bayramı günlərində Azərbaycanda 130-dan çox valyuta mübadiləsi məntəqəsi fəaliyyət göstərəcək
“Global Terrorism Index 2024”: Azərbaycan terror riskinin aşağı olduğu ölkələr qrupuna daxildir
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Boston Consulting Group: Azərbaycan dünya enerji təhlükəsizliyində əsas rol oynayacaq
Azərbaycan “Accor” qrupu üçün əsas inkişaf bazarlarından biridir
“Azpetrol” şirkəti yanacaqdoldurma məntəqələrinin sayını 104- ə çatdırdı
Konqo Milli Neft Korporasiyasının prezidenti Bakı Ali Neft Məktəbində olub
Yelo Bank-da "Azərbaycanın Qrafik Dizayn Tarixi (1875-1990)” kitabının təqdimatı keçirilib
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət