Hesabat dövründə bankın kredit portfeli 342,7 mln manat olub ki, bu vəsaitin 210 mln. manatı və ya 61,3%-i sahibkarlığın inkişafı üçün nəzərdə tutulan kreditlərin payına düşüb. Biznesə ayrılan vəsaitin əsas hissəsi ticarət və xidmət sahəsinin maliyyələşdirilməsinə, eləcə də sənaye sektorundakı layihələrə yönəldilib, bu kreditlər müvafiq olaraq 157 mln. manat və 50,3 mln. manat təşkil edib.1 aprel 2017-ci il tarixinə bank VTB (Azərbaycan)-ın aktivləri 429 mln. manat təşkil edib. Bankın öhdəlikləri 393,4 mln. manat olub ki, bundan 192,7 mln. manat və ya 48% müştərilərin, bankların və maliyyə institutlarının payına düşüb. Bank məcmu kapitalını 51 mln. manata qədər artırıb ki, bu da Mərkəzi Bankın kommersiya bankların kapitalına dair müəyyənləşdirdiyi tələbə tam cavab verir. Bankın göstəricilərində birinci dərəcəli kapitalın adekvatlıq səviyyəsi 22,1%, məcmu kapitalın adekvatlığı isə 37,8% təşkil edib. 2017-ci ilin birinci rübünün nəticələrinə əsasən, bankın vergidən əvvəl mənfəəti 561,5 min manat təşkil edib.
Bank, 2016-cı ilin sonunda yeni üçillik strategiya qəbul edib. 2017-2019-cu illəri əhatə edən strategiyaya əsasən korporativ biznes istiqamətinin gücləndirilməsini nəzərdə tutur. Yeni strategiyaya uyğun olaraq, bank kiçik və orta biznesə aid layihələri reallaşdırmağa davam edəcək. VTB (Azərbaycan)-ın potensial müştərilərinə həmçinin biznesləri Rusiya bazarına istiqamətlənmiş sahibkarlar, eləcə də Azərbaycan bazarında işləməyə gələn Rusiya şirkətləri aiddir.
AccessBank QSC Symantec Endpoint Protection üzrə tender elan edir
AccessBank QSC Cisco ESA + SMARTnet üzrə tender elan edir.
“Yelo Bank” ASC poliqrafiya və çöl reklamı xidmətləri üçün texniki tender elan edir
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət