Aprelin 19-dan bu günədək «United Credit Bank»ın əmanətçilərinə 1 mln. 514 min manatdan artıq kompensasiya ödənilib. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Əmanətlərin Sığortalanması Fondundan (ADIF) məlumat verilib.
Qeyd edək ki, ADIF aprelin 19-dan «United Credit Bank»ın qorunan əmanətləri üzrə kompensasiyaların verilməsinə başlayıb.
2016-cı ildə bağlanan 11 bankın əmanətçilərinə ümumilikdə 732,438 mln. manatdan artıq kompensasiya ödənilib.
"Texnikabank" ASC-nin əmanətçilərinə 120,433 mln. manat, “Bank of Azerbaijan” ASC-nin əmanətçilərinə 24,161 mln. manat, “Gəncəbank” ASC-nin əmanətçilərinə 976,44 min manatdan artıq kompensasiya ödənilib.
Bundan əlavə, “Zaminbank” ASC-nin əmanətçiləri 58,211 mln. manat, “Parabank” ASC-nin əmanətçiləri 43,206 mln. manat, “Kredobank” ASC-nin əmanətçiləri 27,771 mln. manat, “Dekabank” ASC-nin əmanətçiləri 3,087 mln. manatdan artıq kompensasiya alıblar.
“Atrabank” ASC-nin əmanətçilərinə 14,288 mln. manat, "Qafqaz İnkişaf Bankı” ASC-nin əmanətçilərinə 1,974 mln. manat kompensasiya ödənilib.
“Bank Standard”ın əmanətçilərinə isə 436,817 mln. manatdan çox kompensasiya ödənilib.*
N.Abbasova
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Dünyanın ən məşhur idman və əyləncə kanalları indi “CityNet”də!
Azər Türk Bank daha bir filialını istifadəyə verdi
AccessBank Masallıda filialının açılması ilə regional şəbəkəsini genişləndirir
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət