Rusiyada müəyyən anti-Azərbaycan qrupları Ümumrusiya Azərbaycanlıları Konqresinin (ÜAK) ləğv edilməsi üçün məhkəməyə təzyiqlər göstərməyə çalışırlar. Bu barədə Azərbaycanın Diasporla İş üzrə Dövlət Komitəsinin bəyanatında deyilir.
“Son dövrlər daxil olmuş məlumatlar Rusiya Federasiyasında müəyyən anti-Azərbaycan qrupların ÜAK-ın fəaliyyətinin dayandırılması istiqamətində xüsusi fəallıq göstərdiyini, təşkilatın bağlanması üçün məhkəməyə təzyiq etmək cəhdlərinin intensivləşdiyini söyləməyə əsas verir”, - deyə bəyanatda bildirilir.
Dövlət Komitəsi bəzi qüvvələrin bilavasitə Azərbaycan-Rusiya münasibətlərini zədələməyə yönəlmiş məqsədyönlü fəaliyyətindən dərin narahatlıq hissi keçirdiyini bir daha bəyan edərək, məhkəmənin ədalətli qərar verəcəyinə inandığını ifadə edir. Komitə xatırladıb ki, ÜAK Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin və Rusiya Federasiyasının Prezidenti Vladimir Putinin dəstəyi ilə 2001-ci ildə yaradılıb, fəaliyyət göstərdiyi müddət ərzində soydaşlarımızın yerli cəmiyyətə inteqrasiyası, iki ölkə arasında strateji tərəfdaşlıq əlaqələrinin möhkəmlənməsi, xalqlarımızı bir-birinə bağlayan mədəni dəyərlərin, tarixi ənənələrin təbliğinə xidmət edən bir sıra uğurlu layihələr həyata keçirib. “2 milyona yaxın azərbaycanlını təmsil edən bu təşkilat millətlərarası barışın və qarşılıqlı anlaşmanın tərəfdarı kimi çıxış edib, ölkədə dini və etnik tolerantlığın möhkəmləndirilməsinə töhfə verib”, - deyə bəyanatda qeyd olunur.
Dövlət Komitısi qeyd edir ki, ÜAK və onun üzvləri heç zaman Rusiya Federasiyasının qanunlarına və milli mənafelərinə zidd hər hansı addım atmayıb, ölkənin, dövlətin maraqlarını yüksək əzmlə qorumağa, müdafiə etməyə çalışıb.
“Bütün bunlara baxmayaraq, bəzi qüvvələrin ÜAK-ın fəaliyyətinin dayandırılmasına yönəlmiş israrlı cəhdləri onların Rusiyanın ümumi mənafelərinə xidmət etdiyinə şübhə yaradır, eyni zamanda erməni diasporu ilə əlaqələrinə dairməlumatların həqiqətə uyğun olma ehtimalını artırır. Bu, azərbaycanlı icmasının Rusiyanın milli siyasətinə inamının sarsılmasına səbəb ola bilər. Bu cür təşəbbüslər, eyni zamanda Rusiya Federasiyasının milli və etnik azlıqlarla bağlı siyasətinin məzmununa, prinsiplərinə qəti şəkildə ziddir”, - deyə bəyanatda vurğulanır.
Komitə ümid edir ki, məhkəmə bu narahatlığı nəzərə alaraq milyonlarla azərbaycanlını təmsil edən ÜAK-ın fəaliyyəti ilə bağlı tam ədalətli, obyektiv və heç bir siyasi motivə əsaslanmayan qərar qəbul edəcək.*
F.İsazadə
Yanvar-fevral aylarında İKZF-nin müvəkkil bankları ipoteka kreditləşməsini 23% artırıb
Yanvar-fevral aylarında Azərbaycan banklarının xarici öhdəlikləri 18% azalıb
2023-cü ildə Türkiyədən Azərbaycana pul köçürmələrinin həcmi 1,3 dəfə artıb
Yanvar-fevral aylarında İstanbula turist axını 8% artıb
DTX 2023-cü ildə dövlətə xəyanətlə bağlı 27 cinayət işinin ibtidai istintaqını aparıb
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
Ərdoğan mayın 9-da ABŞ-a səfər etməyi planlaşdırır
Azərbaycan və Ermənistan parlamentlərinin sədrləri mayda görüşəcəklər
Ağ Ev İsrail və Livanı sərhəddə vəziyyəti dərhal normallaşdırmağa çağırıb
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Boston Consulting Group: Azərbaycan dünya enerji təhlükəsizliyində əsas rol oynayacaq
Azərbaycan “Accor” qrupu üçün əsas inkişaf bazarlarından biridir
İllik cəmi 5% kredit ilə biznesinizə parlaq dəstək
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət