Özünün 10 yaşını qeyd edən “Nar” abunəçilərini sevindirməyə davam edir. Mobil operator bu 10 il ərzində onunla bərabər olmuş ən sadiq abunəçilərinə 200 şəbəkədaxili dəqiqə və 1 GB internet trafiki hədiyyə etdi.
10 illik münasibətilə mobil operator yeni “Dostunu “Nar”-a gətir” kampaniyasına start verdi. Kampaniya çərçivəsində dostları və ya yaxınlarını “Nar” ailəsinə gətirmiş hər bir istifadəçiyə balans üçün “mobil pul” qazanmaq imkanı yaradılır. Beləliklə, dostuna “Nar” ailəsinə qoşulmağı tövsiyə etmiş hər bir abunəçinin balansına 5 ay müddətində hər dəfə dostunun öz balansını artırdığı məbləğdə pul yüklənir.
Bu gün 10 yaşı tamam olan “Nar” 2007-ci ildə “Nar Mobile” ticarət nişanı ilə kommersiya fəaliyyətinə başlamış və qısa bir müddətdə Azərbaycanda telekommunikasiya sahəsinin aparıcı şirkətlərindən birinə çevrilmişdir. 2015-ci ildə Azərbaycanın tarixi irsi və ənənələrini əldə rəhbər tutaraq seçilmiş “Nar” ticarət nişanı ölkənin zəngin mədəni irsinin çağdaş həyatla bağlılığını simvolizə edir. Nar hər bir kəsin faydalana biləcəyi istisna dəyər – gerçək bir milli rəmzdir. Təklif etdiyimiz xidmət çeşidlərinin ticarət nişanımızda tam olaraq öz əksini tapması üçün “mobile” ifadəsindən imtina etdik. Bu gün mobil rabitə xidmətləri ilə yanaşı, eyni zamanda sabit internet və rəqəmsal TV xidmətlərini də təklif edirik.
İnanırıq ki, bu gün Azərbaycanda rabitə xidmətlərindən lazımi səviyyədə yararlana bilməyən böyük bir istifadəçi kütləsi vardır. Bu qrupa daxil olan insanlar əlverişli qiymətlərlə rabitə xidmətlərindən faydalanmaq istəyirlər. Bizim bütün təkliflərimiz bir məqsədə xidmət edir: telekommunikasiya və əyləncə xidmətləri hamını əhatə etməlidir. Biz fərqli ehtiyacları qarşılayan müxtəlif səpkili sadə və sərfəli təkliflərlə çıxış etməyə davam edəcəyik. Bura həm mobil rabitə və mobil internet, həm də ev üçün sürətli fiber-optik internet və yüksəkkeyfiyyətli TV xidmətləri daxildir. Ən yaxşı qiymət-keyfiyyət nisbətini nəzərə alaraq, bütün bu xidmətləri bir paketdə almaq daha əlverişlidir.
“Nar”-ın kampaniya, məhsul və layihələri haqqında nar.az internet səhifəsindən ətraflı məlumat almaq olar.
Nağıyev: “Fransa Ermənistanı yeni müharibəyə təhrik edir”
Bakı Rasmusseni NATO-nun keçmiş baş katibi statusundan sui-istifadə etməkdə ittiham edir
Dövlət Xidməti və Macarıstan Rəqabət Qurumu arasında Anlaşma Memorandumu imzalanıb
“Rosselxoznadzor” 2024-cü ildə Azərbaycanda toxumların sınaq laboratoriyasının auditini keçirəcək
2023-cü ildə Azərbaycanın bank sektorunun xarici borcu 1,8 dəfə artıb
Azərbaycan hökuməti taksi fəaliyyətinə dair yeni tələbləri təsdiqləyib
Yanvar-fevral aylarında İstanbula turist axını 8% artıb
DTX 2023-cü ildə dövlətə xəyanətlə bağlı 27 cinayət işinin ibtidai istintaqını aparıb
“Crocus City Hall”da törədilən terror aktında ölənlərin sayı 143 nəfərə çatıb
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
Azərbaycan və Ermənistan parlamentlərinin sədrləri mayda görüşəcəklər
Ağ Ev İsrail və Livanı sərhəddə vəziyyəti dərhal normallaşdırmağa çağırıb
Ağ Ev: “Crocus City Hall”da terror aktına görə yalnız İŞİD məsuliyyət daşıyır
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Boston Consulting Group: Azərbaycan dünya enerji təhlükəsizliyində əsas rol oynayacaq
Azərbaycan “Accor” qrupu üçün əsas inkişaf bazarlarından biridir
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət