2017-ci ilin birinci rübündə Azərbaycana 205,3 min ton buğda idxal edilib ki, bu da ötən ilin müvafiq dövrünün göstəricisindən 2,7% azdır. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Dövlət Statistika Komitəsindən məlumat verilib.
Məlumata əsasən, respublikaya idxal olunmuş buğdanın ümumi dəyəri $38 mln. 225 min (azalma 2,6%) təşkil edib.
Hesabat dövründə Azərbaycana $37 mln. 580 min dəyərində (artım 1,9 dəfə) 81 min 628,6 ton şəkər xammalı və şəkər (artım 1,9 dəfə), $25 mln. 305,8 min dəyərində (azalma 25,6%) 27 min 446,4 ton bitki yağı (azalma 35,1%), $10 mln. 175 min dəyərində (artım 12,4%) 2 min 597,5 ton çay (azalma 3,5%), $13 mln. 505 min dəyərində (artım 30,2%) 3 min 677,3 ton kərə yağı və süd (artım 24,2%) idxal edilib.
Birinci rübdə respublikaya $19 mln. 219,1 min dəyərində (artım 8,3%) 24 min 368,4 ton meyvə (artım 13%), $6 mln. 174,1 min dəyərində (artım 0,6%) 12 min 844,7 ton tərəvəz (azalma 24%), $11 mln. 936 min dəyərində (azalma 18,6%) 59 min 838,6 ton kartof (azalma 20,7%) idxal edilib.
Hesabat dövründə ölkədən $20 mln. 170,1 min dəyərində (artım 46%) 25 min 379,3 ton tərəvəz (artım 1,9 dəfə), $34 mln. 902,1 min dəyərində (artım 19,8%) 29 min 527 ton meyvə (artım 58,6%), $8 mln. 560,8 min dəyərində (artım 1%) 13 min 441,5 ton şəkər (azalma 3,4%), $2 mln. 198,3 min dəyərində (azalma 6%,7) 1 min 933,2 ton bitki yağı (azalma 14%) ixrac edilib.
Həmçinin birinci rübdə $1 mln. 607,1 min dəyərində (artım 41,1%) 1 min 614,6 ton meyvə və tərəvəz şirəsi (artım 47,3%), $1 mln. 116,3 min dəyərində (artım 28,8%) 55,8 min dekalitr üzüm şərabı və üzüm şirəsi şirəsi (artım 16,3%) ,$0,916 mln. dəyərində (artım 35,2%) 1 min 17,6 min ton meyvə və tərəvəz konservi (artım 27,6%) ixrac edib. **
N.Abbasova
Radev Bolqarıstanda daxili siyasi öhdəliklər səbəbindən Azərbaycana səfərini təxirə salıb
Bayramov Knyazevə Aİ-Ermənistan-ABŞ müştərək konfransı ilə bağlı Azərbaycanın mövqeyini ifadə edib
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
Netanyahunun ofisi: İsrail atəşkəslə bağlı HƏMAS ilə danışıqlar masasına qayıdacaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Boston Consulting Group: Azərbaycan dünya enerji təhlükəsizliyində əsas rol oynayacaq
Azərbaycan “Accor” qrupu üçün əsas inkişaf bazarlarından biridir
İllik cəmi 5% kredit ilə biznesinizə parlaq dəstək
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət