Milli Məclisin vitse-spikeri Bahar Muradova Ümumrusiya Azərbaycan Konqresininqeydiyyatınınn ləğv edilməsi ilə bağlı məsələnin siyasiləşdirilməsini qəbuledilməz hesab edir.
“Bu məsələ yalnız hüquqi müstəvidə həll oluna bilər. Bunun siyasiləşdirilməsinə imkan vermək olmaz, çünki Azərbaycan-Rusiya əlaqələrində gərginlik yarana bilər”, - deyə B.Muradova ÜAK-ın qeydiyyatınınn ləğv edilməsini şərh edərkən jurnalistlərə bildirib.
O qeyd edib ki, Bakı və Moskva arasında yüksək strateji əməkdaşlıq səviyyəsi mövcuddur.
“Son zamanlar Azərbaycan-Rusiya əlaqələrində gərginliyin yaranmasına dair fikirlər həqiqətə uyğun deyil”, - deyə vitse-spiker vurğulayıb.
Onun sözlərinə görə, Azərbaycan üzərinə götürdüyü öhdəlikləri yerinə yetirir və Moskva tərəfindən də analoji münasibət gözləyir.
“Düşünürəm ki, indiyədək bizim aramızda ciddi problemlər olmayıb. Müvafiq dövlət strukturları, parlamentin, ictimaiyyətin, vətəndaş cəmiyyətinin və Azərbaycan KİV-in ÜAK-ın qeydiyyatı məsələsinin həllinə dair gözləntilər yalnız hüquqi müstəviyə əsaslanmalıdır”, - deyə B.Muradova bildirib.
O qeyd edib ki, Rusiyada yaşayan azərbaycanlılar bu ölkənin vətəndaşlarıdır.
“ÜAK Rusiya vətəndaşları olan azərbaycanlılar tərəfindən və bu ölkənin qanunverciliyə uyğun yaradılan təşkilatdır. Hesab edirəm ki, milli-etnik mənsubiyətindən aslı olmayaraq, vətəndaş öz hüquq və öhdəliklərinə riayət etməlidir. Onların hüquqları müdafiə olunmalıdır, onlar öhdəliklərini yerinə yetirməlidirlər”, - deyə B.Muradova bəyan edib.
Xəbər verildiyi kimi, Rusiya Ali Məhkəməsində Ümumrusiya Azərbaycan Konqresinin qeydiyyatının ləğv edilməsi barədə Rusiya Ədliyyə Nazirliyinin iddiasını təmin edib. **
R.Babayev
2023-cü ildə Türkiyədən Azərbaycana pul köçürmələrinin həcmi 1,3 dəfə artıb
Yanvar-fevral aylarında İstanbula turist axını 8% artıb
DTX 2023-cü ildə dövlətə xəyanətlə bağlı 27 cinayət işinin ibtidai istintaqını aparıb
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
Azərbaycan və Ermənistan parlamentlərinin sədrləri mayda görüşəcəklər
Ağ Ev İsrail və Livanı sərhəddə vəziyyəti dərhal normallaşdırmağa çağırıb
Ağ Ev: “Crocus City Hall”da terror aktına görə yalnız İŞİD məsuliyyət daşıyır
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Boston Consulting Group: Azərbaycan dünya enerji təhlükəsizliyində əsas rol oynayacaq
Azərbaycan “Accor” qrupu üçün əsas inkişaf bazarlarından biridir
NEQSOL Holding Udemy Business ilə tərəfdaşlığa başlayır
Yelo Bank Xocavənddə yaşayan şəhid ailələrini Novruz sovqatları ilə sevindirib
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət